“Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”ni qəbul edəcəksiniz. Oyuna hazırlıq necə gedir?
- Oyuna ciddi hazırlaşırıq. Çünki qarşımızda “Qəbələ” kimi komanda var. Sabah bizi ciddi bir sınaq gözləyir.
- Səfərdəki qarşılaşmada 2:2 hesabıyla bərabərə qaldınız. Təkrar görüşdə bu hesabı “Qarabağ” üçün üstünlük hesab etmək olar?
- Bizim elə bir böyük üstünlüyümüz yoxdur. Rəqibimizin oyunlarını analiz edərkən görürük ki, meydana çıxdığı qarşılaşmaları qolsuz başa vurmayıb. Hətta məğlub olsalar belə. Bunu da, bilirik ki, qol vurmağı bacaran komandadır. Ümumi götürəndə üstünlük barədə fikirləşmirik. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Elə oynayacağıq ki, birinci oyunda olmamış kimi.
- Bəs, növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirirsən?
- Mənim fikrimcə, şanslar 50/50-yədir. Hər zaman “Qəbələ”ylə aramızda maraqlı və gərgin oyunlar keçir. Belə fikirləşirəm ki, həmin oyunlardan biri də sabah olacaq.
- “Qəbələ”nin heyətində Yannik Kamanan, Deon Barton kimi təhlükəli hücumçuları var. Bu amil sizi narahat etmir?
- Həmin komandaya qarşı bir necə oyunda yalnız bir üslubda çıxış etmişik. Fikirləşirəm ki, elə də pis alınmadı. Artıq bir neçə qarşılaşmada “Qəbələ”qələbə qazanıb. Yalnız bizimlə həm kubok, həm də çempionat oyunlarında bərabərə qaldılar. Sabahkı rəqibimizin hücum xəttinin çox güclü olması heç kimə sirr deyil. Bəlkə də Azərbaycan klublarının içərisində ən güclü hücum xəttinə malik olan komandadır. Hücumla bərabər komanda şəklində yaxşı müdafiə olunan və standart vəziyyətləri çox təhlükəli olan bir komandadır. Bir sözlə, çempionatımızın ən təhlükəli komandalarından biridir. Biz də öz növbəmizdə rəqibimizi yaxşı analiz edərək, nəyə qadir olduğumuzu göstərməyə çalışmalıyıq.
- Səncə, “Qəbələ”ylə oyunlarınızın uğurlu alınmamasına səbəb nədir. Bunun bir sindrom olduğunu söyləmək olar?
- Oyun baxımından götürsək, “Qəbələ”ylə qarşılaşmalarımız pis alınmayıb. Hətta məğlub olduğumuz oyularda belə, çoxlu sayda qol imkanlarımız olub. Sadəcə olaraq, bu imkanlardan istifadə edə bilmədik. Nəticə baxımından götürməli olsaq, “Qəbələ”kimi komandayla heç-heçə də pis deyil. Çünki bu komanda “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”i ard-arda məğlubiyyətə uğratdı.
- Unibank Premyer Liqanın növbəti qarşılaşmasında çempionatın lideri “Neftçi”ni qəbul edəcəksiniz. Bu oyunu necə dəyərləndirərdin?
- Düzü, bu haqda heç danışmaq istəmirəm. Çünki həmin oyun barədə hələ fikirləşmirik. Sabah bizi ağır bir sınaq gözləyir. Bütün fikirlərimizi sabahkı “Qəbələ”ylə oyuna yönəltmişik. Bu oyundan sonra isə “Neftçi” haqda düşünməyə başlayacağıq.
- Hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşmısınız. Yenə də çempion ola bilməyəcəyinizi düşünürsən?
- Mən yenə də o fikirdəyəm ki, “Qarabağ”ın çempion olması çox çətindir. Mən çempion ola bilmək şanslarımızın az olduğunu deyəndə hələ qarşıda 14 oyun və liderlə 8 xallıq fərqimiz vardı. İndi isə xal fərqi 5-ə enib. İlk “altııq” da isə 5 xallıq fərq çox hesab olunur. Çünki hər qarşılaşmada qələbə qazanmaq çox çətindir. Özünüz də gördünüz ki, “Bakı”yla görüş necə çətin və gərgin keçdi. Həmin oyunda xal da itirə bilərdik. Sözün düzü, biz hələ çempionluq barədə fikirləşmirik. Çünki “İnter”lə xallarımız bərabərdir, “Xəzər Lənkəran” isə bizdən cəmi üç xal geri qalir. “Qarabağ”ın fikri avrokuboklara düşməkdir. Çempionluq barədə ümumiyyətlə, düşünmürük və qarşıdakı oyunlara bir-bir motivasiya olmağa çalışırıq.
- İlk “altılıq” da mübarizə aparan komandaların hansı səndə xoş təəssürat yaradır?
- İlk “altılıq”dakı komandarın çoxu inkişafa doğru gedir. Bunların içərisində “Qəbələ” və “Bakı”nı göstərmək olar. “İnter” və “Xəzər Lənkəran”a gəldikdə bilirəm ki, onlar qarşıdakı turlara daha yaxşı hazırlaşacaq. Lakin xüsusi olaraq "Neftçi"ni qeyd edərdim. Digər komandaların da özəlliklərini unutmaq olmaz.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı