“Qarabağ” klubunun kapitanı Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Martın 28-də “Qəbələ”yə qarşı keçirəcəyiniz kubok oyununun hazırlığı necə gedir?
- Çox yüksək səviyyədə. Hər kəs öhdəsinə düşən məsuliyyəti yaxşı anlayır. Hazırda klubun avtobusuyla Quzanlıya gedirik. İnşallah, qalan məşqlərimizi də məhz Ağdamda keçəcəyik. “Qəbələ”ylə oyun doğrudan da, çətin olacaq. Onlarla dalbadal iki matçda qarşılaşdıq. Hər iki görüşdə də bərabərə qaldıq. “Qəbələ” ilk “altılıq”da ən güclü komandalardan biri, bəlkə də birincisidir. Bu komandanın çox güclü hücum xətti olmasıyla yanaşı, əks hücumları da təhlükəlidir. Əbəs deyil ki, iki oyunun nəticəsinə görə, qapımıza 3 top vurublar. Ona görə də, ehtiyatlı olmalıyıq. Ancaq bütün bunlara baxmayaraq, doğma meydanda qələbə qazanmaq istəyirik.
- İlk oyun 2:2 hesabıyla yekunlaşıb. Bu mənada, qələbə qazanmaq istəyən “Qəbələ”nin hücum və açıq futbol nümayiş etdirəcəyinizi zənn etmək olar?
- Biz özümüz də daha çox hücum haqda düşünürük. Çünki arxaya çəkilsək, rəqibimiz bundan istifadə edəcək. Nəzərə almalıyıq ki, “Qəbələ” autdan və standart vəziyyətlərdən yaxşı istifadə etməyi bacarır.
- Ümümiyyətlə, növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirirsən?
- Çalışacağıq ki, bunun öhdəsindən gələk. Lakin qabaqcadan dəqiq bir söz demək çox çətindir. Mən hər iki komandanın şanslarını 50/50-yə dəyərləndirərdim. Kim oyunda daha diqqətli və ələ düşən fürsətlərdən maksimum istifadə etsə, növbəti mərhələyə adlayacaq.
- “Qarabağ” ın “Qəbələ”ylə oyunu yaxşı alınmır. Hətta öz meydanınızda belə onlara məğlub olmusunuz. Bunu nə ilə əlaqələndirərdin?
- Mən bunun sindrom olduğunu söyləməzdim. Sadəcə, ola bilər ki, oyunumuzu yaxşı analiz edirlər. “Qəbələ”nin hazırkı baş məşqçisi Fatih Kavlak əvvəllər “Qarabağ”da çalışıb. Ola bilər ki, komandamızın sirrlərini bilir. Ona görə də, bizimlə oyunda başqa taktika seçərək, açıq futbola üstünlük vermir. Bəlkə də, qələbə qazana bilməməyimizin səbəbi elə budur.
- Son 20 gündə 6 oyun keçirmisiniz. Yorulmamısınız ki?
- Yorğunçuluq var. Çünki futbolçular da robot deyil, insandılar. Həmçinin meydançalarımızın istənilən səviyyədə olmaması da sözünü deyir. Elə olur ki, palçıq meydançada oynamağa məcbur olursan. Hətta süni meydançanın da futbolçunun tez yorulmasına və zədələnməsinə çox böyük təsiri olur. Bu da istər-istəməz ayaqda yorğunluq yaradır. Buna misal olaraq “Bakı”yla oyunun ikinci hissəsindəki çıxışımızı göstərmək olar. Bəlkə də, komandamız ikinci hissədə mövsümün ən zəif oyununu keçirdi.
- Unibank Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda “Neftçi”ni qəbul edəcəksiniz. Bu görüş haqda nə fikirləşirsən?
- İndi həmin oyun barəsində fikirləşmirik. Elə baş məşqçimiz Qurban Qurbanov da bu görüş haqda hələ heç bir söz deməyib. Çünki indi “Qəbələ” ilə oyuna köklənmişik. Onu deyə bilərəm ki, “Neftçi” rəqibin səhvlərindən maksimum istifadə edən bir komandadır. Həmçinin də bu mövsüm bizi hər iki oyunda məğlub ediblər. Çətin komanda olsalar da, çalışacağıq ki, onları da məğlub edib irəliləyək.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı