“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Dünən “Xəzər Lənkəran”la oyunun birinci hissəsində “Neftçi” yaxşı təsir bağışlasa da, ikinci yarıda bunun əksini gördük. Buna səbəb nə idi?
- Birinci hissədə görüşün taleyini həll edə bilərdik. Sadəcə olaraq, penalti epizodunu dəyərləndirə bilməməyimiz qələbə qazanmağımıza mane oldu. Həm də bundan istifadə edən rəqib üstünlüyü ələ aldı. Qol buraxmağımıza gəlincə, bir anlıq səhvə yol verdik. Ümumi götürəndə biz müdafiə futbolu oynamadıq. Yəni “Neftçi” öz futbolunu oynadı.
- Penaltidən söz düşmüşkən, niyə komandanız bundan istifadə edə bilmir? Bundan öncəki oyunlarda da belə hallar yaşanıb.
- Biz uşaqlarla öz aramızda da bu barədə danışdıq. Sanki “İnter”lə oyunun oxşarı idi. Penaltini vura bilməyərək qələbəni əlimizdən qaçırdıq. Əgər hesab 2:0 olsaydı, psixoloji üstünlük bizim tərəfimizdə olacaqdı. Oyunun nəticəsi tamam başqa cür ola bilərdi.
- Buraxdığınız qolda baş məşqçiniz Böyükağa Hacıyev qapıçı Saşa Stamenkoviçi günahkar hesab edir. Sən necə düşünürsən?
- Düzdü, həmin topu çıxarmaq olardı. Lakin belə səhvlər qaçılmazdı. Çünki qapıçı robot deyil, insandır.Həm də top yerə dəyərək öz istiqamətini qəfil dəyişdi. Ona görə də tam şəkildə bunu qapçının günahına yazmaq düzgün olmaz. Saşa özü də bu qolu buraxdığı üçün çox pis olmuşdu.
- Sənə gəldikdə, oyunun 71-ci dəqiqəsində əvəzlənməyinə etiraz etdin. Buna səbəb nə idi?
- Səbəb odur ki, oynamaq istəyirdim. Lakin elə bir güclü etiraz da etmədim. Düzdü, mən elə də baxımlı oyun nümayiş etdirmirdim. Mənim haqqımda baş məşqçi açıqlama verdiyini də bilirəm. Mən özüm əla bilirəm ki, hansı oyunda yaxşı çıxış etmişəm, hansında yox. Futbolçunun oyunu daim yaxşı alına bilməz. Mən meydanda olduğum müddətdə hər zaman əlimdən gələni etməyə çalışmışam. “Xəzər Lənkəran”la qarşılaşmada 90 dəqiqə oynamaq istəyirdim. Bəlkə həmin müddət ərzində nəsə edə bilərdim. Buna görə etiraz etdişdim.
- Böyükağa Hacıyevin “Rəşad Abdullayev onsuz da hər zaman hər şeydən narazı olur” ifadəsinə münasibətin necədir?
- Mən Böyükağa müəllimin bu sözü gülərək dediyini bilirəm. O, mən komanda üçün xeyirli oyunçu olmağa çalışdığıma görə bu sözü deyə bilər. Yəni söhbət əvəzedilmədən getmir. Belə oyunlarda Rəşad daha çox lazımdır, nəinki “Turan” və ya başqasıyla görüşlərdə. Bu zaman mən də göstərə bilərəm ki, Rəşad Abdullayev nəyə qadirdi.
- Böyükağa Hacıyev onu da dedi ki, Rəşad əhvalla oynayan oyunçudur.
- Belə qarşılaşmalarda əhvalla oynamaq lazım deyil. Birdə ki, bunlar Böyükağa müəllimin şəxsi fikirləri, açıqlamalarıdır. Mən meydana çıxıb hər zaman öz futbolumu oynamışam.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı