“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov bu həftə “Xəzər Lənkəran”a qarşı keçiriləcək Unibank Premyer Liqanın 25-ci turunun oyunu ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Şənbə günü sizi “Xəzər Lənkəran”la derbi oyunu gözləyir. Bu qarşılaşma haqda nə deyə bilərsən?
- Keçən tur “İnter”lə oyundan əvvəl də demişdim ki, nəyin bahasına olursa-olsun, qələbə qazanacağıq. Düzdü, indiki rəqibimiz”Xəzər Lənkəran” bizə 0:5 hesablı məğlubiyyətdən sonra daha diqqətli olacaq. Çünki bizdən məğlubiyyətin əvəzini çıxmaq istəyəcəklər, həm də yeni məşqçiləri bu oyunda qələbə qazanmağa çalışacaq. Nəzərə alaq ki, onlar son görüşdə evdə “Bakı”ya uduzublar. Məncə, rəqibimiz bu qarşılaşmaya çox ciddi hazırlaşacaq. Amma əgər biz çempion olmaq istəyiriksə, “Xəzər Lənkəran” səddini keçməliyik.
- Fikrincə, bu dəfə də böyük hesab qeydə alına bilər?
- Bunu qabaqcadan söyləmək çox çətindir. Kim deyərdi ki, “Neftçi” “Qəbələ”yə 1:4 hesabıyla məğlub olacaq? 1:0 olsun, amma bizim olsun. Ən yaxşı nəticə qələbədir. Ancaq indidən onlarla oyunun çətin keçəcəyini söyləyə bilərəm. Ona görə də rəqibimizi aşağılamaq düzgün deyil. Mən durub deyərəm ki, “Xəzər Lənkəran”ı 5:0 hesabıyla məğlub edəcəyik, bəlkə bunun əksi oldu, onlar bizə beş qol vurdu. Ona görə də, hər bir rəqibimizə hörmətlə yanaşırıq.
- Səncə, 5:0 hesabıyla məğlub etdiyiniz, yoxsa indiki “Xəzər Lənkəran” daha güclüdür?
- Açığı, “Xəzər Lənkəran” Mirça Rednikin vaxtında da pis təsir bağışlamırdı. Lakin bu mövsüm heyətlərinə yeni bir neçə səviyyəli futbolçu transfer ediblər. Həmçinin komandaya yeni məşqçi və yeni nəfəs gəlib. Məncə, indi daha güclü təsir bağışlayırlar.
- Hazırda komandanızda ab-hava hansı səviyyədədir?
- Qarşılaşma yaxınlaşdıqca uşaqlar həmin matça daha da köklənirlər. Bütün futbolçuların əhvalı yaxşıdır. Çünki, bu sıradan bir oyun deyil, derbi matçdır.
- Rəqibinizin yeni baş məşqçisinin yerli çempionata yaxşı bələd olan Yunis Hüseynov olması sizi narahat etmir?
- Hardasa narahat edir. Çünki Yunis Hüseynovu yaxşı tanıyırıq. O, Azərbaycanın 2-3 ən yaxşı məşqçisindən biridir. Düşünürəm ki, bizimlə oyunda “Xəzər Lənkləran” nəsə bir yeniliklə yadda qala bilər. Hər şeyə rəğmən biz öz oyunumuzu göstərməliyik. Mən qələbə qazanacağımıza inanıram.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı