“Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 24-cü turunda səfərdə “İnter”i 2:1 hesabıyla məğlub etdiniz. Bu oyun barəsində nə deyə bilərsən?
- Onlarla oyuna xüsusi hazırlaşmışdıq. Çünki bu mövsüm “İnter”ə hər iki oyunda məğlub olmuşduq. Ona görə də özümüzü sübut etməliydik ki, bəxtsizlik ucbatından məğlub olmuşduq. Rəhbərlik və məşqçimiz də bildirmişdi ki, nəyin bahasına olursa- olsun qalib gəlməliyik. Dünənki qarşılaşmada “İnter”lə əvəlki oyunlardan fərqli olaraq, meydana başqa bir taktikayla çıxmışdıq. Bəlkə də bunun nəticəsində qalib gəldik.
- İlk qolu rəqib qapısından 5-ci dəqiqədə keçirdiniz. Belə erkən qol vuracağınızı gözləyirdiniz?
- Mən onların məşqçiləri Kaxaber Sxadadzeni yaxşı tanıyıram. Çünki onun rəhbərliyi altında “Standart” klubunda oynamışam. Onun özü müdafiəçi olub deyə, arxa xəttdə oynamağa daha çox önəm verir. Düzü, Sxadadzenin rəhbərliyi altında müdafiə xəttinin çox sirrini öyrənmişəm. Onların müdafiədən oynayacağını fikirləşirdik. Statistikaya nəzər saldıqda görürük ki, “İnter” çempionatda ən az top buraxan komandadır. Ona görə də belə erkən qol vuracağımızı gözləmirdim.
- Rəqibinizin hansı üstün cəhədlərindən çəkinirdiniz?
- Onların standart vəziyyətlərindən qol vuracağından çox ehtiyat edirdik. Lakin birinci və erkən qol vurmağımız bizdə inamı bir qədər də artırdı. Qol vurduqdan sonra isə bir az rahatlaşdıq. Bundan sonra rəqib bizi sıxmağa başladı. Lakin yenidən özümüzü toparlaya bildik.
- Çoxları komanda yoldaşın Slavço Georgievskinin 5-ci dəqiqədə dabanla vurduğu ilk qolu Kriştiano Ronaldonun İspaniya La Liqasında vurduğu qola bənzətdi. Sən necə düşünürsən?
- Unibank Premyer Liqasında belə qollara az-az rast gəlmək olur. Şəxsən mən Slafçodan başqa axırıncı dəfə çempionatımızda belə qolu nə vaxt olduğunu xatırlamıram. Doğrudan da, o, Ronaldo kimi qol vurdu.
- “İnter”in prezidenti Georgi Nikolovun “Neftçi” bizim abunəçimizdir, hər oyunda üç xal bəxş edir” fikirlərinə münasibətin necədir?
- Oyundan öncə klub prezidentinin belə ifadələr işlətməsi düzgün deyil. İndi durub mənim onun ünvanına nəsə sərt bir söz deməyim düzgün çıxmaz. Lakin bir söz demək istəyirəm ki, arxı tullanmadan hop deməzlər. Meydanda gördük ki, kim kimin abunəçisidir. 2-3 gün oyundan öncə baş məşqçimiz Böyükağa Hacıyev bizə Nikolovun açıqlaması barədə xəbər vermişdi. Bəlkə də,bundan sonra qələbə əzmimiz daha da artdı. Çoxları “İnter”i bizimlə oyunda fovarit hesab edirdi. Lakin nəticə biz istədiyimiz kimi oldu.
- Cərimə zərbəsindən komandana qələbə gətirən qola imza atdın. Ümumiyyətlə, qol vuracağını hiss edirdin?
- Hələ oyundan öncə dedim ki, bir cərimə zərbəsi olsa, mütləq qola çevirməliyəm. Yəni bir şansım olsa belə, ondan yararlanmalıydım. Nəsə mənə elə bir hiss gəlmişdi ki, həmin gün cərimə zərbəsindən fərqlənəcəyəm. Qola gəlincə, Ruslan Abışovla zərbəni kimin vuracağını müəyyənləşdirdik. Əvvəl Abışovun cərimə zərbəsini vurmasına razılıq verdim. Biz Abışovla məşqdən sonra qalaraq cərimə zərbələri vurmaq üzərində işləyirik. Lakin Lomayanın canlı səddi qurandan sonra topu gördüyü aydın bilinirdi. Mən də, Flavinyo və Deni Silvadan canlı səddin Lomayanın topu gördüyü mövqedə durmasını istədim. Bundan sonra Lomaya topu yaxşı görə bilmədi. Mən Rusal Abışova cərimə zərbəsini vuracağımı bildirdim. Çünki Lomaya da Abışovun vuracağını gözləyirdi. Şükür Allaha vurdum və komandama qələbə qazandırdım.
- Deyilənə görə, “İnter” üzərində qələbə üçün yaxşı mükafat alacaqsınız.
- Mükafatın məbləğindən xəbərim yoxdur. Lakin qələbə üçün yaxşı mükafat olacağını demişdilər. Amma puldan daha çox qələbə vacibdir. Düzdü, futbolu pula görə oynayırıq. Ancaq həmin qələbə bizi necə sevindirmişdisə, mükafat yadımıza düşmürdü.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026