“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- Çoxları “Qarabağ”ın Quzanlıda “Qəbələ”yə qalib gələcəyini gözləsə də, belə olmadı. Qələbə qazanmağınıza nə maneçilik törətdi?
- Mənim fikrimcə, “Qəbələ” Azərbaycan klubları arasında ən güclü fiziki duruma malik komandadır. Ona görə də onlarla qarşılaşmada bir az çətinlik çəkirdik. Xüsusən də, fərdi və hava mübarizələrində. Lakin oyuna görə biz onları üstələyirdik. Dünənki oyunun 70 faizində rəqibi öz cərimə meydançalarına doğru sıxışdırmışdıq. Qol vurmaq şanslarımız çox olsa da, bəxtimiz gətirmədi. Elə üç təhlükəli zərbəmiz dirəkdən döndü. İki yüz faizik qol vəziyyətlərini Əfran İsmayılov dəyərləndirə bilmədi. Bir sözlə, biz özümüz də qələbə gözləsək də, bəxtimiz gətirmədi.
- Ola bilərmi ki, “Qəbələ” sindiromu qalib gələ bilməməyinizə səbəb olsun?
- Mən deməzdim ki, bu bir sindiromdur. Çünki “Qarabağ”ın rəqibinin qapısından qol keçirmək üçün kifayət qədər imkanı oldu. Oyuna diqtə edən tərəf biz idik. Yalandan deyə bilmərəm ki, “Qəbələ”yə qarşı oyunumuz alınmır. Əksinə meydanda üstünlüyümüz açıq-aydın görünürdü. Həm top saxlamağımız, həm hücumlar barəsində problemlərimiz yox idi. Sadəcə, bir daha deyirəm, həmin gün bəxt bizdən üz döndərmişdi.
- “Qəbələ”ylə qarşılaşmada bir xal qazanmağınızı yaxşı nəticə hesab etmək olar?
- Biz qələbə üçün meydana çıxmışdıq. Çünki bilirdik ki, “Xəzər Lənkəran”la xal fərqimiz eynidir. Əgər qalib gəlsəydik, “İnter”lə xal fərqimiz birə enəcəkdi. Ancaq heç-heçə olduğu üçün bu, alınmadı. Lakin məğlub olmaqdansa, bərabərlik daha yaxşıdır. Çünki hər bir xal indi çox vacibdir. Bir də görürsən ki, gələcəkdə həmin bir xal komandaya çox lazım olur.
- Görüşün 83-cü dəqiqəsində Qurban Qurbanov səni əvəzləyərək, İlqar Qurbanovu meydana buraxdı. İlqar isə vurduğu qolla komandanızı məğlubiyyətdən xilas etdi.
- Bəli, Qurban Qurbanovun əvəzləməsi nəticə verdi. Mənim fikrimcə, yaxşı ki, Qurban müəllim mənim əvəzimə İlqar Qurbanovu meydana buraxdı. Çünki oyunun axırlarında bir az yorulmuşdum. Bizə təzə güc lazım idi ki, qol vuraq. Şükürlər olsun ki, İlqar Qurbanovun meydana girməsi özünü doğrultdu. Yəni, səksən dəqiqə ərzində bizim edə bilmədiyimizi, beş dəqiqə ərzində İlqar etdi. Qismət onun imiş.
- Turnir cədvəlinə nəzər saldıqda “Qarabağ”ın çempion olması mümkün görünür. Sən necə düşünürsən?
- Mən çempion ola biləcəyimizə inanıram. İlk “altılıq”da komandaların hamısı güclüdür. Hər klubun şansları bərabərdir. Əgər turnir cədvəlinin lideri “Neftçi” iki oyunda heç-heçə etsə, “Qarabağ” isə qalib gəlsə, çempionluq şansımız çoxalar.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı