“Düzdür, ilk dəfə mən bu məsələyə münasibət bildirərkən, demişdim ki, biz Ağdama getməyə hazırıq. Amma sonra mən klub rəhbərləri ilə də bu haqda danışdım və biz qərara gəldik ki, budəfəki oyunu Bakıda keçirək”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Ağdama getməkdən imtina etmələrinin səbəbini açıqlayarkən “İnter”in prezidenti Georgi Nikolov deyib. Bolqarıstanlı klub rəsmisi qəbul etdikləri qərarın səbəbini belə açıqlayıb: “Hazırda çempionatın qızğın vaxtıdır. Ağdama səfər edərək “Qarabağ”la orada qarşılaşmağımız çempionatın gedişinə böyük təsir göstərə bilər. Düşünməyin ki, biz Ağdama səfər etməkdən qorxuruq. Bu, əsla belə deyil. Sadəcə olaraq, biz hazırkı mühiti dəyişmək istəmirik. Qoy, bu mövsüm başa çatsın. Gələn mövsüm Ağdama səfər edərik. Tam əminliklə deyirəm ki, əgər “Qarabağ” rəhbərliyi fikrini dəyişməsə və gələn mövsüm də ev oyunlarını Ağdamda keçirmək istəsə, o zaman biz onlarla Ağdamda qarşılaşmağa hazırıq”.
Georgi Nikolov digər klubların Ağdama səfəri qəbul edib-etməyəcəyinə də münasibət bildirib: “Məgər “Xəzər Lənkəran” rəhbərliyi Ağdama səfər edəcəyini təsdiqləyib? Mən hətta sizinlə mərcə də girirəm ki, “Xəzər Lənkəran” “Qarabağ”la oyun üçün Ağdama getməyəcək. Onlar da istəyəcəklər ki, görüş Bakıda baş tutsun. O ki qaldı “Bakı”ya, onlar “Qarabağ”la çempionat deyil, kubok oyununda görüşəcəklər. Özü də Ağdamdakı matç komandaların təkrar oyunu olacaq”.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!