"Bakı" klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Bazar günü Unibank Premyer Liqasının 24-cü turu çərçivəsində “Xəzər Lənkəran”la qarşlaşacaqsınız. Bu oyunla bağlı fikirlərini öyrənək...
- Bəli, yaxşı başa düşürük ki, səfərdə onlarla görüş çox çətin olacaq. Bu komandaya qarşı oynamaq tək bizə deyil, bütün komandalar üçün çətin olur. Lakin Lənkəranda böyük azarkeş kütləsi önündə oynamaq istənilən futbolçuya zövq verir. Belə möhtəşəm azarkeşlər qarşısında çıxış edərəkən, adam özünü lap Avropadakı kimi hiss edir. İnşallah, səfərdən yaxşı nəticəylə qayıdarıq.
- Lənkəran səfərindən hansı nəticə ilə qayıdacağınıza ümid edirsən?
- Əlbəttə ki, qələbə qazanaraq 3 xalla qayıtsaq, bizim üçün əla bir nəticə olar. Ən əsası odur ki, komanda çətin səfər oyununda məğlub olmasın. Təbii ki, hər şeyə qarşılaşmanın sonunda aydınlıq gələcək.
- Belə başa düşdüm ki, sizi "Xəzər Lənkəran"la oyunda heç-heçə də qane edəcək...
- Bilirsiniz, gəlin hər şeyə real gözlə baxaq. Fikrimcə, “Xəzər Lənkəran” kimi komandayla oyundan bir xalla ayrılmaq, yaxşı nəticədir. Ancaq bu o demək deyil ki, biz səfərə yalnız bir xal üçün gedirik. Bir xal “Bakı” üçün ən pis halda yaxşı nəticədir.
- Yəqin, “Xəzər Lənkəran”nın baş məşqçi postuna Yunis Hüseynovun təyin olmasından xəbərdarsan. Bu amil “Bakı”nı narahat etmir ki?
- Əlbəttə ki, Yunis müəllimin özü və məşqçiliyi haqqında yalnız xoş sözlər söyləmək olar. Mən düşünürəm ki, Yunis Hüseynov Azərbaycanda özünü doğrultmuş, yaxşı məşqçilərdən biridir. Məncə, bazar günü “Xəzər Lənkəran” tam başqa cür çıxış edəcək. Yəni, bizim üçün çox çətin olacaq.
- Sabiq baş məşqçiniz Aleksandr Starkovun gedişindən sonra komandada irəliləyiş hiss olunur?
- Latviyalı məşqçi artıq bizimlə çalışmır. Starkovun gedişindən sonra onun arxasınca danışmaq kişiyə yaraşmaz. Ən azından məşqçi kimi Starkova hörmətim böyükdür. Onun postundan getməyə gəlincə isə bu rəhbərlik və Starkovun qərarı idi. Starkovun istefasından sonra komandanın vəziyyətini nə pis, nə də lap yaxşı adlandıra bilərəm. Sadəcə olaraq, ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL üzərindəki qələbəmiz uşaqlarda özünəinamı daha da artırdı.
- Səncə, “Bakı”nın Avroliqaya vəsiqə qazanmaq şansı Unibank Premyer Liqasında, yoxsa ölkə kubokunda daha real görünür?
- Ən real variantı götürsək, kubokda daha şanslı olduğumuzu hesab edirəm. Lakin bu o demək deyil ki, çempionat qarşılaşmalarını ikinci plana atacağıq. İlk “altılıq”da da, hər oyunda meydana qələbə qazanmaq üçün çıxacağıq. Çətin olsa belə, Avroliqaya vəsiqəni kubokdan götürə bilərik.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı