“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Kəpəz”ə 2:1 hesabıyla qalib gəldiniz. Düşünmürsən ki, “Neftçi” çətinliklə qələbə qazandı?
- Çempionatın 23-cü turunda “Qəbələ”yə məğlub olduqdan sonra komandada vəziyyət yaxşı deyildi. Çünki heyətimizdə kifayət qədər zədəli futbolçu vardı. Rəqibimizin evdə yaxşı oynadığını da bilirdik. “Kəpəz”in qapısına iki top vurduqdan sonra komanda bir qədər arxayınlaşdı. Bunun müqabilində qapımızda qol gördük. Düzdü, bundan sonra hesabı artırmaq üçün xeyli imkanımız oldu. Ancaq deyim ki, “Kəpəz”ə qalib gəlmək o qədər də çətin olmadı. Çalışırdıq ki, məğlub olmayaq.
- Təkrar görüş haqda nə deyə bilərsən?
- Mən demirəm ki, “Kəpəz” komandası çox zəifdir. Özünə görə yaxşı heyəti, yerli futbolçularla bərabər, yaxşı legionerləri də var. Lakin səfərdə iki top vurmağımız bizə əlavə üstünlük verir. Buna baxmayaraq, yenə də arxayınlaşmaq olmaz. İnanıram ki, yaxşı nəticə qazanaraq növbəti mərhələyə adlayacağıq.
- Bazar günü Unibank Premyer Liqasının 24-cü turunda sizi “İnter”lə çətin qarşılaşma gözləyir...
- Həmin oyunda nə olursa-olsun qalib gəlməliyik.. Yaxşı oyun nümayiş etdirməsək də qələbə qazanmaq vacibdir. Ən əsas nəticə qazanaraq 3 xal götürməkdir.
- Amma bu mövsüm “İnter”lə hər iki oyunda uduzmusunuz.
- Bəli. İndi həm də turnir cədvəlində vəziyyət çox gərgindir. Əgər “İnter” qalib gəlsə, liderliyi ələ alacaq. Bir sözlə, uduzmaq haqda heç düşünmürük də. Bütün heyətlə birgə “İnter”lə oyuna köklənmişik. Futbolçularımız yalnız qələbə qazanmağı düşünürlər. Mənim fikirimcə, “İnter”lə oyun “Qəbələ” ilə görüş kimi olmayacaq.
- Necə düşünürsən,“İnter”lə heç-heçə “Neftçi” ni qane edəcək?
- Biz, axı, təkcə “İnter”i fikirləşmirik. Digər komandalarda yavaş-yavaş bizə yaxınlaşır. Ona görə də, bizi yalnız üç xal qane edəcək. Çünki üç xal bizim üçün qızıla bərabər olacaq.
- Ən yaxın izləyiciniz “İnter”lə xal fərqinizin birə bərabər olması sizi qorxutmur ki?
- Düzdü, “Qəbələ” və “Bakı”nı da siyahidan silmək olmaz. Onlar da istənilən komandaları büdrədə bilərlər. Lakin “İnter” çətin rəqiblərdən hesab olunur. Ancaq biz heç bir rəqibimizdən çəkinmirik. Sadəcə olaraq, hər birinə hörmətlə yanaşırıq. Əgər çempion olmaq istəyiriksə, öz qarşılaşmalarımızda qalib gəlməliyik. Yoxsa kiminsə məğlub olmasını gözləməməliyik.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı