“Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın XXIII turunda “İnter”lə oyunda çox aqressiv idin. Buna nə səbəb olmuşdu?
- Mən uduzmağı sevmirəm. Oyunda məğlub durumda olduğumuzdan çox aqressiv idim. Oyunumuz heç çür alınmırdı.
- Aleksandr Starkov artıq “Bakı”dan ayrılıb. Hazırda komandada ab-hava necədir?
- Bu qərar bizim üçün gözlənilməz oldu. Lakin rəhbərlik tərəfindən verilən qərara hörmətlə yanaşırıq. Starkova da bizimlə birgə işlədiyi üçün təşəkkür edirəm. Bizim üçün belə bir insanla işləmək çox xoş oldu. Komandada hazırda çox əla bir vəziyyət hökm sürür. Biz peşəkar futbolçular olduğumuz üçün yalnız irəli doğru baxırıq.
- Komandanın kapitanı kimi deyə bilərsən, “Bakı” niyə bu vəziyyətdədir?
- Nəzərə almaq lazımdır ki, heyətimizə kifayət qədər yeni futbolçu gəlib. Ona görə də uyğunlaşmada çətinliklərimiz oldu. Sonuncu görüşdə də, meydana tam qələbə əzmiylə çıxmışdıq. Oyuna və topa daha çox nəzarət etsək də, sonda rəqib qalib gəlir. Ümumiyyətlə, “Bakı”ya rəhbərlik tərəfindən hər cür qayğıya rəğmən, bizim belə çıxış etməyimiz utancvericidir. Bizə qələbəyə görə verilən mükafat aylıq maaşımız səviyyəsindədir. Bəlkə də başqa bir klub belə uğursuz çıxış etsəydi, onlara mükafat verilməzdi. Əksinə pullarından kəsərdilər. Lakin “Bakı” da bu barədə problemlər yoxdur. Özümüzdə yaxşı başa düşürük ki, bizə göstərilən qayğıya rəğmən, belə çıxış etməməliyik. Komandanın oyununa gəldikdə, əsasən xətlərarası əlaqə hələ də axsayır. Lakin inanıram ki, oyundan-oyuna bu problemlər aradan qaldıracağıq.
- Ola bilərmi ki, komanda yoldaşların meydanda güclərini tam qoymurlar?
- Mənim hansısa komanda yoldaşım barədə söz deməyim, onları günahkar çıxarmağım düzgün olmaz. Kim ki meydanda komandası üçün can qoymur, özü bilsin, Allahı bilsin. Mən şəxsən hər oyunda var gücümlə oynayıb, can qoyuram. Onsuz da, itirəcəyimizi itirmişik. Ona görə də qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq.
- Sabah ölkə kubokunun 1/4 final mərhələsində AZAL-ə qəbul edəcəksiniz. Bu oyun barədə nə deyə bilərsən?
- Onlarla oyuna çox ciddi hazırlaşırıq. Kubok oyunu bizə Avroliqaya vəsiqə qazanmaq üçün gözəl bir şansdır. Qarşımızda duran birinci vəzifələrdən birincisi kuboku qazanmaqdır. Fikrimiz hazırda məhz bundadır. İnşallah, bunu da əldə edərik. AZAL-la oyunumuz çox çətin olacaq. Onu da nəzərə almaq lazımdır ki, AZAL Tovuza ikinci heyətlə yollanmışdı. Bu o deməkdir ki, bütün güclərini “Bakı”yla oyuna saxlayıblar.
- Yeni baş məşqçinizin yerli, yoxsa əcnəbi olmasını istərdin?
- Mənim fikrimcə, komanda üçün ən yaxşısı nədirsə, onu da rəhbərlik edəcək.
- Mətbuatda Bülənt Qorxmaz və Yunis Hüseynovun namizədliyi müzakirə olunur.
- Mən Bülənt Qorxmaz və Yunis Hüseynovla bir yerdə işləmişəm. Hər ikisi də istedadlı məşqçidir. Yunis Hüseynov hansı klubda çalışıbsa, gözəl nəticələr verib. Mən onların gəlişinə narazı olmaram. Lakin kimin gəlməsinə rəhbərlik qərar verir.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı