“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdulayevin Qol.Az saytına müsahibəsi
- Dünən komandanız “Qəbələ”yə 1:4 hesabıyla uduzdu. Bu görüş haqda fikirlərin necədir?
- Səfərdə oynadığımız üçün matçın çətin keçəcəyini bilirdik. Rəqibin bizə qarşı yaxşı hazırlaşdığı aydın görünürdü. Bizdə isə “Bakı”nı məğlub etdikdən sonra yaxşı əhval-ruhiyyə vardı. Qarşılaşma başladıqda rəqib bizə öz oyunumuzu göstərməyə imkan vermədi. Daha çox standart vəziyyətləri təhlükəli alınırdı. Təsadüfi deyil ki, ilk iki qolu məhz standart vəziyyətdən buraxdıq. Açığı, bunu gözləmirdik. Uduzmağımıza baxmayaraq, oyun “Neftçi”nin üstünlüyü ilə keçirdi. Digər qolları isə əks hücum zamanı vurdular.
- Nə üçün müdafiəçiləriniz rəqibin Dodo və Kamanan kimi təhlükəli futbolçularına qarşı diqqətsiz oynadı?
- Bilirsiniz, oyunun gedişatında adını çəkdiyiniz oyunçular heç nəylə yadda qalmırdılar. Mən sonradan bildim ki, qolları həmin futbolçular vurub. Çərimə zərbəsi zamanı qarışıqlıq düşdüyü üçün qol vurdular. Ümumiyyətlə, “Qəbələ” bir az başqa cür futbol oynayır. Biz rəqib müdafiəçilərin üstünə getdikdə dərhal topu Kamanana tərəf atırlar. Tamam başqa cür futbol oynayırdılar.
- Konkret nə cür oynayırlar?
- Məsələn “Qarabağ” və “Xəzər Lənkəran”la oyunda bilirsən ki, topla yaxşı oynayırlar. “Qəbələ” ilə qarşılaşmada isə necə oynadıqlarından baş açmaq olmadı. Sanki onlar tapmaca oynayır. Oyunda üstün tərəf biz olsaq da, qolları “Qəbələ” vurdu.
- Ümumiyyətlə, belə böyükhesabla məğlub olacağınızı gözləyirdiniz?
- Düzü, nəinki belə hesabla, heç uduzmağımızı gözləmirdim. Fikirləşirdim ki, ən azı heç-heçə ola bilər. Hesab 2:1 meydan sahiblərinin xeyrinə olan zaman daha bir qol vurub hesabı bərabərləşdirə bilərdik. Sadəcə, rəqib bizi əks hücumda yaxaladı, hesabı daha da artırdı.
- Bəlkə, “Bakı” üzərindəki inamlı qələbədən sonra komandanız bir qədər eyforiyaya qapılmışdı?
- Bu, heç vaxt ola bilməz. Çünki biz hər bir oyuna çox yaxşı hazırlaşırıq. Ola bilər ki, rəqibimiz bizim oyunumuzu daha yaxşı analiz edib. Çünki ilk hissədə bizə tərpənməyə belə imkan vermədilər. Onların əzmkarlığı, doğma azarkeşlər önündə oynaması qələbə qazanmaqlarına gətirib çıxardı.
- Bəs, şəxsən sən özün məğlubiyyətin səbəbini nədə görürsən?
- Əvvəla istədiyimiz oyunu göstərə bilmədik. Bir az da rəqib futbolçular meydanda bizdən daha hərəkətli idi. Ancaq ən əsas amil ilk hissədə qapımıza vurduqları iki erkən qol məğlubiyyətimizə səbəb oldu. Bəlkə də erkən iki top buraxmasaydıq, nəticə belə olmayacaqdı. Çünki qol vurduqdan sonra “Qəbələ” müdafiəyə çəkildi. Daha çox əks hücumda oynamağa üstünlük verdilər. Həmin gün “Qəbələ”nin günü idi.
- Fasilələyə 0:2 hesablı məğlub durumda yollandınız. Baş məşqçiniz Böyükağa Hacıyev sizə nə dedi?
- “Neftçi”ni tanımadığını dedi. Yəni göstərdiyimiz oyun bu deyil. Doğrudan da, “Neftçi” heç vaxt belə oyun oynamayıb. Bunları dedi ki, uşaqlar bir az ayılsın. Bəlkə də bundan sonra özümüzə gələrək qol vurduq və üstünlüyü ələ aldıq. Topa və oyuna nəzarət bizim əlimizdə olsa da, ani səhvlərdən sonra məğlub olduq.
- Həmin oyunda qapınıza iki top vurmuş rəqibin hücumçusu Yannik Kamanan haqda nə deyərdin?
- Mən belə hücumçuları xoşlamıram. Hücumçuların daha çox top və driblinqlər etməsinin tərəfdarıyam. Kamanan isə daha çox fiziki göstəricilərinə üstünlük verərək, atletik futbol oynayır. Lakin keyfiyyətli hücumçu olduğu aydın görünürdü. Çünki müdafiəçilərimizi də daim təzyiq altında saxlamağı bacarırdı. O, “Qəbələ"nin oyun üslubuna uyğun hücumçudur.
Əli HƏYATİ
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi