«Bakı» klubunun prezidenti Hafiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Klubunuzun ölkə çempionatında nümayiş etdirdiyi oyunla bağlı fikirləriniz necədir?
- Son ay yarım idi ki, Azərbaycanda deyildim. Şirkətimizin işləriylə əlaqədar ezamiyyətdəydim. Amma komandanın durumundan, həyata keçirilən transferlərdən xəbərim var. Səviyyəli oyunçular alınıb. Ancaq nədənsə, hələlik öz oyunumuzu tapa bilmirik. Komandada nəsə çatışmır. Hazırda «Bakı»nın çıxışı məni heç cürə qane eləmir. Hətta «Simurq» və «İnter» üzərində qələbələr qazanılsa da, komandada işlər mənim istədiyim kimi deyil.
- Bunun səbəbini nədə görürsünüz?
- Komandada yeni heyət qurulub. Ola bilər ki, onlar hələ bir-birilərinə uyğunlaşmayıblar.
- Baş məşqçi Aleksandr Starkovun istefaya göndəriləcəyi barədə mətbuatda fikirlər səslənir.
- Biz yeni baş məşqçi axtarmırıq və hələ belə bir fikrimiz də yoxdur. Starkov elə məşqçi deyil ki, biz onun arxasınca iş aparaq. O, doğrudan da peşəkardır. Və elə bir insandır ki, ona söz deməyə ehtiyac yoxdur, zamanı gələndə, məsləhət bildiyi anda özü könüllü şəkildə gedəcək.
- Starkovun «Bakı»yla yanaşı Latviya millisində çalışması klubunuzun çıxışına təsir göstərə bilərmi?
- İnanmıram. Mən onun tərəfdarıyam ki, o, həm «Bakı»da, həm də millidə işləsin. Bu, bizim klubun nüfuzu üçün yaxşıdır. Starkov sadə bir insandır. Onun qərarlarına hörmətlə yanaşırıq.
- «Bakı»nın qarşısına qoyulan vəzifə dəyişməyib ki?
- Xeyr. Biz həmişə çempionluq və kubok uğrunda mübarizə aparacağıq.
- Birdən istəyinizə nail olmasanız, o zaman Starkovun taleyi necə olacaq?
- O zaman çempionluğu gələn ilə qədər təxirə salacağıq (gülür). Bir daha deyirəm, Starkov elə insan deyil ki, onun arxasınca iş aparaq. Zamanı gələndə o özü gedəcək.
- «Bakı» üçün bu qədər yüksək şərait yaratmısınız, amma komandanız uğursuz nəticə göstərir.
- Əlbəttə, bu, mənə təsir edir. Bu qədər yüksək səviyyəli şəraitin qarşılığında belə nəticə olmamalıdır. Təlim-məşq toplanışı zamanı da nə istədilərsə, onu da etdim. Amma «Bakı» bu gün mənim istədiyimi verə bilmir.
- Futbolçularınıza cəza tətbiq etmək barədə fikirləşirsiniz?
- Futbolçu oyunda ciddi səhv edib uduzursa, ona maddi cəza verməyin mənası yoxdur.
- Azərbaycan və Gürcüstan «Avro-2020»nin final mərhələsini qəbul etmək üçün fəaliyyətə başlayıb. Sizin bununla bağlı fikirləriniz necədir?
- Mən bu xəbərə çox sevindim. Prezidentimiz başda olmaqla, Allah hər kəsin canın sağ eləsin. Biz bundan sonra daha da ruhlanıb fəaliyyət göstərməliyik. İnanıram ki, Azərbaycan və Gürcüstan bui şin öhdəsindən gələ biləcəklər.
- «Bakı»nın yeni stadionunda tikinti işləri nə zaman yekunlaşacaq?
- İnşallah, stadion 3-4 aya təhvil verilər. Əlavə da meydançalar olacaq. Bundan başqa, dörd min nəfərlik qapalı meydança tikilir. İnanıram ki, «Bakı»nın bazasının Avropada analoqu olmayacaq. Bu işləri Bakıda keçiriləcək qızların dünya çempionatına qədər yekunlaşdıracağıq.
- «Bakı»nın voleybol klubunun çıxışları barədə nə deyə bilərsiniz?
- Hələlik voleyboldakı uğurlarla təsəlli tapırıq. Mən klubumuzda yeniyetmələrin oyunundan zövq alıram. Amma yeni zamanda, həm voleybolda, həm də futbolda A komandalar yaxşı nəticə göstərməlidir ki, uşaqlar da bundan ruhlansınlar.
- Sevimli futbolçunuz olan Jabanın Türkiyəyə getməsini necə qarşıladınız?
- Onu hörmətlə yola saldıq. O, həqiqətən də mənim sevimli oyunçum idi. Yəqin futbol mütəxəssisləri də Jabanın bir futbolçu kimi səviyyəsini yüksək qiymətləndirər. Düzdür, o, bir az ərköyündü, xarakterində çatışmazlıqlar var. Amma yaxşı oyunçudur. İndi «Bakı»nın bir uğursuzluğu olan kimi mənə ya mesaj göndərir, ya da zəng edir. Jaba «Bakı»nın oyunlarını ində də izləyir. «Bakı» klubu bir ailədir. Ola bilər, kimsə maddi məsələlərə görə komandadan gedə, məhkəməyə üz tuta. Bunlar təbii haldır. Çünki hər bir futbolçunun pula ehtiyacı var. Amma inanmıram ki, hansısa bir futbolçu sırf daxili mühitə görə komandadan ayrılsın.
- Hazırda «Bakı» klubunda Jaba kimi sevimli oyunçunuz varmı?
- Çox istərdim ki, olsun. Amma beləsi yoxdur.
- «Bakı»nın sabiq baş məşqçisi Bülənt Qorxmaz Qol.Az saytına müsahibəsində yenidən klubunuzda çalışmaq istədiyini deyib.
- Mən hər zaman istəyirəm ki, Bülənt Qorxmaz yenidən Azərbaycana dönsün. Bülənt kimi gözəl insanlar çox azdır. «Bakı»dan ayrıldıqdan sonra da bizimlə əlaqələri kəsməyib. Anamın yasına da gəlmişdi, bayramlarda həmişə məni yada salır. Azərbaycana gəlsə, sevinərəm. Bilmək olmaz, gələcəkdə hər şey mümkündür.
"Liverpul" Salahın yerinə onu nəzərdən keçirir
UEFA Superkubokunun matçı bu stadionda keçiriləcək
"Mingəçevir" daha iki transferini gerçəkləşdirdi
"Atletik" onu qeydiyyatdan keçirə biləcək
"Qarabağ"dan ayrıldı, "Sabah"a qayıtdı - Rəsmi
1-ci liqada yeni mövsümün ilk oyunları keçirildi
"Səbail" növbəti transferini açıqladı
"Sumqayıt" onunla yollarını ayırdı
"Turan Tovuz"dan yeni transfer - Rəsmi
Millimiz Belçikaya qalib gəldi
Kenan Yıldız A seriyasının ən yaxşısı seçildi
Luis Enrike əməliyyat olundu
Marko Roys klub prezidenti oldu
“Ayın qolu” layihəsində mövsümün ilk qalibi oldu - Video
"Qarabağ"ın U-19 komandası üçün legioner transfer edilib
"Çelsi"nin futbolçusu 3 aylıq sıradan çıxdı
"Sabah" vinger transfer etdi
Azərbaycan millisinin alacağı mükafatın - Məbləği
Modriç: "Yaş sadəcə rəqəmdir"
Azərbaycan klubu Braziliyadan futbolçu gətirdi
Artıq ən mühüm xəbərlər telefonuna gələcək!
"Qarabağ"da ən böyük arzularımı gerçəkləşdirirəm" - Koxalski
"Milan"dan Səudiyyə Ərəbistanı klubuna
Sudakov Azərbaycan millisi barədə nə dedi?
Kristian Eriksenin yeni klubu rəsmən açıqlandı
"Qarabağ"dan dünya reytinqində sıçrayış
“Formula 1"ə görə Bakının bəzi küçələri bağlanır
Ronaldo futbol tarixinin ən yaxşısı seçildi
Kim deyir ki, bir günə heç nəyi dəyişmək olmur?
Dünya çempionu 40 yaşında karyerasını bitirdi
İllaramendi bu kluba keçdi
"Qəbələ" fransalı yarımmüdafiəçi aldı - Rəsmi
"Mingəçevir" 6 transferini açıqladı
Yayda ayrıldığı kluba qayıtdı
Eriksen Bundesliqa klubuna keçməyə yaxındır
Millimiz Gürcüstana qalib gəldi
"Neftçi" Şeydayevlə yollarını ayırdı - Rəsmi
Rafinya Boliviya ilə oyundan sonra gileyləndi
"Qəbələ"dən yeni transfer - Rəsmi
Tuhel İngiltərə millisinin tarixinə düşdü
1-ci liqada mövsümün ilk oyunlarının hakimləri açıqlandı
"Beşiktaş"dan yeni transfer