“Kamran Ağayevin futbolçu karyerasını başa vurması haqqında səsləndirdiyi fikirlər qeyri-ciddidir. Məgər, hər zədələnən futbolçu karyerasını başa vurur? O, kluba da öz mövqeyini bu cür çatdırıb ki, guya ilk növbədə zədəsini sağaltmaq haqda düşünür və yalnız bundan sonra futbol oynayıb-oynamayacağına dair qərar verəcək. Bizə elə gəlir ki, burada başqa səbəblər var. Hiss olunur ki, Kamran artıq “Xəzər-Lənkəran”da oynamaq istəmir və başqa kluba keçmək niyyətindədir. Ona görə bu cür fikirlər səsləndirib”. Bu sözləri milli komandanın və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin karyerasını bitirəcəyi haqda səsləndirdiyi fikirlərə cavab olaraq “Xəzər-Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov deyib. Qol.Az-a verdiyi açıqlamasında klub rəsmisi bildirib: “Klubun guya onun müalicəsi üçün pul ayırmaması və yaxud, “müqaviləyə qol çəkməsən müalicən təmin olunmayacaq” kimi şərtlər irəli sürməsi haqqında qapıçının səsləndirdiyi fikirlərin də əsası yoxdur. Birincisi, “Xəzər Lənkəran”da bütün futbolçular tibbi siğorta olunub və buna əsasən hər kəsin müalicəsi klub tərəfindən təmin olunub. Sadəcə Kamran deyir ki, müalicə olunmaq istədiyim məkanı mən özüm seçmək istəyirəm. Bundan başqa onun maaşı ilə bağlı da narazılığı var. Halbuki pulunu da vaxtlı-vaxtında alır. O ki qaldı məcburi surətdə Ağayevə müqavilənin müddətini uzatmağa və yalnız bundan sonra klubun onun müalicəsinə pul ayırmasına, bu da düzgün anlaşılmayıb. Heç kim ona deməyib ki, müqaviləyə qol çək, sonra müalicəyə göndərək. Sadəcə klub istəyir ki, Kamranın ona məxsus olduğuna əmin olduqdan sonra bu pulu ayırsın. Yayda qapıçının klubumuzla müqaviləsi başa çatır. Yeni müqavilə imzalamayana qədər isə o, “Xəzər Lənkəran”ın futbolçusu sayıla bilməz. Belə olan halda klubun da ona məxsus olmayan futbolçuya müalicə vəsaiti ayırmamsı normal qarşılanmalıdır. Özünə də deyilib ki, müqaviləni uzat, biz də bilək ki, artıq “Xəzər Lənkəran”ın oyunçususan və maliyyə vəsaiti ayrılsın. Heç biz bunun etməyə də bilərik. Etiraf edək ki, Kamranın zədəsi ciddidir və iki müalicə kursu keçməsinə baxmayaraq, hələ də sağalmayıb. Deməli, bu, xroniki zədə də ola bilər. Amma “Xəzər Lənkəran” rəhbərliyi bu riski də göz önünə alır. Əgər o müqaviləyə imza atsa, yenə klubun bir nömrəli qapıçısı olacaq”. Sonda T.Əsgərov qapıçının karyerasını bitirəcəyinə inanmadığını da dilə gətirib: “Mən inanmıram ki, Kamran futbolla vidalaşsın. O, milli komandanın da əsas qapıçısıdır. Sadəcə gözləmək lazımdır. Mənə maraqlıdır, o, karyerasını bitirməyib davam etdirsə, o zaman jurnalistlərin qarşısına çıxıb nə deyəcək”.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!