«Palmali» Şirkətlər Qrupunun prezidenti, «Xəzər Lənkəran» futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov Türkiyə - Ermənistan sərhədlərinin açılacağı ilə bağlı son zamanlar yayılan xəbərlərə münasibət bildirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M.Mənsimov panikaya gərək olmadığını deyib: «Baş nazir Ərdoğanın dediyi kimi, öncə Qarabağ problemi həll olunacaq, sonra sərhədlər açılacaq».
Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu söyləyən M.Mənsimov deyib: «Azərbaycanın Türkiyədən başqa kimi var ki? Türkiyə Azərbaycana arxa çevirməməlidir. 16 il öncə bu sərhədlərin qapanmasının səbəbi Qarabağ problemi olmuşdu. Təkcə son iki ildə Türkiyəyə yatırılan Azərbaycan sərmayəsi 10 milyard dolları aşır. ARDNŞ, mənim şirkətim «Palmali» kimi çoxlu azəri qrupu və iş adamının Türkiyədə böyük yatırımı var. Türkiyə şirkətləri və iş adamları da Azərbaycanda böyük işlər görürlər, milyardlarla dollar qazanırlar». M.Mənsimov bəyan edib ki, o, Ermənistanla sərhədi açıq dövlətdə yaşamaz: «Sərhədlər açılarsa, Türkiyədə şirkətimi qapadaram. Eyni sözlər digər azərbaycanlı iş adamlarına da aiddir. Amma Qarabağ problemi çözülərsə, həm Türkiyə, həm də Azərbaycan tərəfdəki sərhəd açılacaq və bu, Ermənistan da daxil olmaqla hər kəsə xeyir verəcək».
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!