“Neftçi” klubunun yarımmüdafiəçisi Zlavço Georgiyevskinin Qol.Az saytına müsahibəsi
- Sabah Unibank Premyer Liqasında “Bakı”yla görüşəcəksiniz. Matça necə hazırlaşmısınız?
- Çox yaxşı. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərib azarkeşləri sevindirək. İnanıram ki, sabahki qarşılaşmada sevinən tərəf biz olacağıq.
- “Bakı”yla oyunda hansı nəticəyə ümid edirsən?
- Sözdə çox şey demək olar. Lakin hər zaman dediyin sözlərə meydanda əməl edə bilmirsən. Əgər biz baş məşqçinin verdiyi tapşırıqları həyata keçirsək, yaxşı nəticə qazana bilərik. Çalışmalıyıq ki, oyunda kobud səhvlərə yol verməyək. Çünki rəqib bundan maksimum yararlana biləcək bir komandadır.
- Son turlarda “Bakı”nın özünə gəlməsi sizi qorxutmur ki?
- Düzdü, axır iki oyunda onların qalib gəlməsi çox şeydən xəbər verə bilər. Heyətinin də güclü olmasını nəzərə alsaq, onlarla oyunumuzun gərgin keçəcəyini söyləmək olar. Lakin hər şeyə meydanda aydınlıq gələcək. Derbi elə bir oyundur ki, pis oynasan belə, vurduğun bir qol komandaya qələbə qazandıra bilər. Bu prinsipial qarşılaşmalarda kim az səhv buraxırsa, o da qalib gəlir.
- Rəqibinizin Koke, Verpakovskis və Parks kimi hücumçulara malik olması “Neftçi” üçün başağrısı ola bilər?
- Onların səviyyəli hücumçular olmasına heç kim şübhə etmir. Lakin biz rəqibimizin heç bir futbolçusundan çəkinmirik. Söhbət “Neftçi”nin həmin futbolçulardan çəkinib-çəkinməməsindən getmir. “Neftçi” rəqibindən çəkinmir, amma onlara hörmət edir. Bizim də müdafiə və hücumçularımız çox səviyyəlidirlər. Məncə, güclü bir mübarizənin şahidi olacağıq. Çalışacağıq ki, qalib gələrək bunu onlara sübut edək.
- Deyilənə görə,baş məşqçiniz Böyükağa Hacıyevin “Neftçi”nin əsas fiqurları olan Denis Silva və Saşa Stamenkoviçlə münasibətləri korlandığına üçün onları meydana buraxmır. Bu belədir?
- Hər kəsin həyata öz baxışı var. Mənim fikirimcə, hər bir futbolçu öz baş məşqçisinə hörmətlə yanaşmalıdır. Mən Böyükağa müəllimi yaxşı baş məşqçidən əlavə əla bir psixoloq kimi də tanıyıram. Ola bilər, Denis istəmədən belə hərəkət etdi. Çünki “Rəvan”la oyunda komandamız qol vura bilmirdi. Lakin Denis Silvanın pis insan olmadığını deyə bilərəm. Düşünürəm ki, Denis Silva özündən asılı olmayaraq, əvəzetməyə belə reaksiya verdi. Saşa isə ola bilər, hazırda yaxşı formada olmadığı üçün meydana çıxmır. Əgər Böyükağa Hacıyev onları şəxsi məsələyə görə sevmirsə, bunu onun özündən soruşun.
- Saşa Stamenkoviç və Denis Silvanın aqibətini sabah sən də yaşaya biləcəyindən çəkinmirsən?
- Futbolçu oynamayanda özünü pis hiss edir. Ancaq baş məşqçi məni meydana buraxmamaq qərarına gəlsə, deməli, belə məsləhətdir. Buna görə narahat olmuram. Mən hər zaman özümə güvənən oyunçu olmuşam.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir