“Bakı” klubunun qapıçısı Marko Şarliya sabah Unibank Premyer Liqasında “Neftçi”yə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Sabah sizi “Neftçi”ylə çətin oyun gözləyir. Meydan sahibi olduğunuzu nəzərə alsaq, qələbə qazanmaq şansınız nə qədərdir?
- İlk öncə onu deyim ki, biz gözəl bir oyunun şahidi olacağıq. Rəqibimiz ölkənin ən güclü komandalarından biridir. Düşünürəm ki, “Neftçi”ylə oyunda komanda ikiqat güclə oynamalıdır. Hər şeyə rəğmən biz də zəif komanda deyilik. İstənilən rəqibi məğlubiyyətə uğrada bilərik.
Bilirsiniz, “İnter”lə oyundan öncə də onları bizdən güclü hesab edir, “Bakı”nın həmin matçda məğlub olacağını deyirdilər. Çoxları onların 18 oyundur məğlub olmadıqlarını əsas gətirərək, “İnter”in bizə qalib gələcəyini düşünürdü. Lakin oyunun sonunda qələbəni bayram edən tərəf “Bakı” oldu. “İnter”lə matçda azlıqda qaldıqdan sonra göstərdiyimiz oyunu “Neftçi”ylə matçda da təkrarlamalıyıq. Belə olan halda onları məğlub edə bilərik.
- Elvin Məmmədovun yoxluğu “Neftçi”ylə qarşılaşmada komandanızın çıxışına necə təsir edə bilır?
- Elvinin yeri xüsusi olaraq görünəcək. Çünki onu əvəzləyə biləcək sabit bir oyunçumuz yoxdur. Amma bunu faciəyə çevirmək lazım deyil. Bacardığımız qədər “Neftçi”lə oyunda onun yoxluğunu hiss etdirməməliyik.
- İki oyundur ki, qalib gələrək aktivinizə altı vacib xal yazmağı bacarmısınız. Artıq “Bakı”nın “qara zolaq”dan çıxdığını demək olar?
- Buna çox inanmaq istəyirəm. Təki, qara buludlar üzərimizdən yox olsun. Bunun üçün mən də meydanda var gücümlə çalışıram. Bilirsiniz, futbolda belə hallar çox olur. Biz hər bir oyuna ayrılıqda köklənməyə çalışmalıyıq. Hər şeyə pillə-pillə qalxmaq lazımdır. İnanıram ki, iki oyunda qazandığımız uğurların ardı gələcək.
- Səncə, komandanızın uğursuz çıxışına səbəb nə idi?
- Bunu söyləmək çox çətindir. Çünki heç kəs nədən belə olduğunu anlaya bilmirdi. Ola bilər ki, mən və komanda yoldaşlarım yaxşı oyun sərgiləmirdi. Ancaq hər şeydə futbolçuların günahı olduğunu demək də düzgün deyil. Daha bu haqda danışmaq istəməzdim. Qarşıdakı oyunlarda hər şeyin bizim üçün yaxşı olacağını düşünmək istəyirəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı