Etdiyi hərəkətə görə 8 oyunluq cəzalandırıldı (VİDEO)

VİDEO 6 Mart 2012 / 01:06 2738
-  A +

Almaniya Bundesliqasında keçirilən "Hamburq" - "Ştuttqart" (0:3) oyununda meydan sahiblərinin futbolçusu Paulo Querreronun rəqib qapıçıya sərt şəkildə müdaxilə etməsinin ölkədə böyük narazılığa səbəb olması haqda xəbər vermişdik. Qol.Az-ın məlumatına görə, perulu futbolçu cəzasız qalmayıb. Almaniya Futbol Federasiyası (AFF) 28 yaşlı futbolçunu 8 oyunluq yaşıl meydanlardan kənarlaşdırıb. Qeyd edək ki, Querrero 2010-cu ildə ona qarşı söz atan azarkeşə su şüşəsi tulladığı üçün 5 oyunluq cəzalandırılmışdı. Querreronun "Ştuttqart"ın qapıçısı Sven Ulreiçə qarşı etdiyi sərt hərəkəti bir daha təqdim edirik:



Son xəbərlər