“Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Bu gün “Simurq” klubunun baş məşqçisi Sergey Yuranın istefası ilə hazırda davam edən çempionatımızda səkkizinci baş məşqçi dəyişikliyi gerçəkləşdi. Siz klublarımızın mövsüm ərzində tez-tez məşqçi dəyişikliyinə əl atmasını nə ilə bağlayırsınız?
- Görünür, bütün klub prezidentlərinin fikrindən çempionluq keçir. Yəqin ki, əcnəbi məşqçilər ölkəmizə gələndə söz verirlər ki, yüksək yerlər uğrunda mübarizə aparacaqlar. Nəticə olmadıqda isə məşqçilər istefaya göndərilir. Mən bilən Yuranın özü də istefa vermək istəyirdi. Çempionatın başlamağına 10-15 gün qalmış onu komandaya baş məşqçi təyin etdilər. Bu adam hələ onda Azərbaycan çempionatının hansı səviyyədə olduğunu bilmirdi. İndi də yəqin ki, “Simurq” rəhbərliyi ondan nəticə tələb edib. Bunun da nəticəsində Yuran istefaya göndərildi. İstənilən halda yaxşı hal deyil. Mən çox istərdim ki, bütün məşqçilərə özlərini doğrultmaq üçün lazımi vaxt verilsin. Əcnəbi məşqçilər qısa zaman ərzində yerli adət-ənənəyə uyğunlaşa bilmirlər.
- Ola bilərmi ki, klublarımızı idarə edən şəxslər baş məşqçilərlə bağlı düzgün siyasət yürütmürlər?
- Mən klub prezidentlərinin işinə qarışmaq istəməzdim. Hər bir komandanın özünün müəyyən istiqaməti və məqsədi var. Klublarda çalışan rəhbər işçilər yəqin ki, öz işlərini bilirlər. Əgər hansısa məşqçi gəlib sinəsinə döysə ki, mən altı ay ərzində burda komanda yaradacağam, deməli, o yalan danışır. Onun fikirləri absurddu. Həmin məşqçiyə nə klub idarəçilərinin, nə də futbol ictimaiyyətinin inanması doğru olar. Altı aya heç kim komanda düzəldə bilməz.
- Bəs, xaricdən gələn məşqçiyə özünü təsdiq etməsi üçün nə qədər vaxt vermək lazımdı?
- Burda iki amil var. Əgər klub prezidenti mövsümün əvvəlində komandaya gələn məşqçinin istədiyi bütün futbolçuları alırsa, o məşqçi çempionatın sonuna qədər nəticə verməlidir. Çünki o artıq tanıdığı futbolçuları komandaya dəvət edib. Bilir ki, bu oyunçular hansı potensiala malikdir. Bu halda klub rəhbəri ona iki il vaxt verəsi deyil ki? Digər tərəfdən isə məşqçi tanımadığı komandanı götürürsə, orda onun dəvət etmədiyi futbolçular oynayırsa, fikrimcə, həmin məşqçiyə komandanı yenidən qurması üçün iki il zaman lazımdır.
- Siz özünüz ölkə çempionatında əcnəbi məşqçilərin çalışmasına necə baxırsınız?
- Hər bir yerli məşqçimiz çempionatda işləmək istəyər. Burda isə qərarı klub rəhbərləri verir. Onlar xaricdən məşqçini çağırırlar ki, Avroliqaya vəsiqə qazansınlar. Daha da irəliləyərək qrup mərhələsinə düşə bilsinlər. Bəlkə də yerli məşqçilərimizə inanmırlar. Son illər isə göstərir ki, ölkəmizdə səviyyəli məşqçilər var. Bunu klub prezidentlərinin öz öhdələrinə buraxıram. Ona qalsa, biz hamımız çox şey istəyirik. Amma axı, bunu həyata keçirmək, gerçəkləşdirmək lazımdır. Çox yaxşı olardı ki, çempionatımızda yerli məşqçilər üstünlük təşkil etsin. Gələn məşqçilər isə o dərəcədə səviyyəli olsunlar ki, burda olanlar ondan nəsə öyrənə bilsin. Bir neçə gün öncə Berti Foqts millinin toplanışına çempionatda çıxış edən baş məşqçiləri də dəvət etmişdi. Yenə məqsəd bu idi ki, millinin baş məşqçisi ilə klub məşqçiləri arasında hər hansı bir vəhdət yaransın. Bir daha deyirəm ki, əgər xaricdən məşqçi gəlirsə, o çox savadlı olmalıdır. Biz futbolçu alanda da bunu deyirik. Ustalıq səviyyəsi olmayan futbolçular almağa ehtiyac yoxdu. Bizim klub rəhbərləri onlara yüksək miqdarda pul ödəyirlər, əvəzində isə heç bir nəticə yoxdur. Onda sual yaranır ki, burda məqsəd nədi? Əgər elədirsə, qoy, yerli məşqçilərimiz işləsin.
- Hazırda çempionatımızda çıxış edən əcnəbi məşqçilərin səviyyəsindən razısınızmı?
- Hardasa yox. Onların heç biri bizdən daha savadlı deyil. Bunu öz işimizlə sübut etmişik. Sadəcə, yerli məşqçilərə vaxt verilməlidir. Klub prezidentlərindən soruşmaq lazımdır ki, yerli məşqçilərə inamsızlığın səbəbi nədir? Mən buna heç bir səbəb tapa bilmirəm. İstənilən yerli məşqçimiz daha yaxşı nəticələr əldə etməyə qadirdi.
- Siz özünüz də bir müddətdir ki, heç bir yerdə çalışmırsınız. Təkliflər varmı?
- Təklif hər zaman var. Sadəcə olaraq, “arxı tullanmamış hop deməzlər”.
Müqavilə imzalayan vaxtı bütün mətbuat biləcək ki, Ramiz Məmmədov hansı klubu çalışdıracaq.
Ümid AYXAN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir