18 turdur məğlubiyyətin nə olduğunu bilməyən “İnter” Unibank Premyer Liqasının ötən şənbə keçirilən oyununda “Bakı”ya 0:1 hesabıyla uduzdu. Millimizin də üzvü olan “İnter”in müdafiəçisi Vladimir Levin Qol.Az saytına müsahibəsində həmin məğlubiyyət və Dubaydakı məlum olaylar haqda danışıb.
- “Bakı”yla oyunda minimal hesabla məğlub oldunuz. Bununla da, məğlubiyyətsiz oyunlar seriyanıza son qoyuldu...
- Həmin qarşılaşmada uduzmağımız bizi çox üzdü. Çox istəyirdik ki, məğlubiyyətsiz seriyamızı davam etdirək. Ancaq artıq bununla barışmalıyıq. Oyun epizodlarına gəlincə, qol vurmaq üçün xeyli imkanımız oldu. Çox təəssüf ki, şanslarımızı boşa verdik.
- Erkən qol buraxmağınız məğlubiyyətinizdə nə dərəcədə rol oynadı?
- Biz özümüz də tez qol buraxacağımızı gözləmirdik. Məşqçilərin tapşırığı belə idi ki, ilk qolu biz vurmalıydıq. Bir anlıq oyuna nəzarəti itirdik. Rəqib isə bundan dərhal yararlandı. Lakin qol buraxdıqdan sonra belə, komanda yaxşı təsir bağışlayırdı. Neyləmək olar, bəxtimiz gətirmədi.
- Mətbuat konfransında baş məşqçiniz Kaxaber Sxadadze futbolçuların oyunöncəsi psixoloji təsir altında olduğunu dedi. Doğrudanmı belə idi?
- Düzdü, uşaqlar hardasa bir az həyacanlı idi. Komanda belə bir vacib matçda uduzmaq istəmirdi. Lakin inanmıram ki, “Bakı”ya məğlubiyyətimiz bu səbəbdən oldu. Biz də qələbə qazanmaq istəyirdik. Lakin hələ heç nə itirilməyib. Bizi irəlidə hələ xeyli vacib qarşılaşma gözləyir.
- Yaxşı, o zaman məğlubiyyətin səbəbini nədə görürsən?
- Həmin qarşılaşmada qazanılacaq üç xal bizim üçün çox önəmliydi. Yaratdığımız təhlükəli qol epizodlarından maksimum istifadə edə bilməməyimiz uduzmağımıza səbəb oldu. Əgər hücumçular bir qədər dəqiq olsaydılar, üç xalı biz qazanardıq.
- Oyunun 56-cı dəqiqəsində “Bakı” azlıqda qalsa da, bundan yararlana bilmədiniz. Təhlükəli hücumlarınızın kəsəri isə əksinə, azalmağa doğru getdi. Səncə, niyə?
- Rəqibimiz azlıqda qaldıqdan sonra müdafiəyə oturdu. Daha çox arxa xəttə oynayaraq, minimal hesablı nəticəni qorumağa çalışırdı. Biz də müdafiəni yara bilməyəcəyimizi görərək, rəqibi üzərimizə “çağırdıq”. Yəni, “Bakı”nı əks-hücumda yaxalamağa çalışırdıq. Lakin rəqib daha çox futbolçuyla müdafiə olunmağı üstün tutdu. Buna görə də, qol vura bilmədik.
- Sən o fikirlə razısanmı ki, “İnter”in oyunu “Bakı”yla matçda alınmır? Komandanız çox çətinlik çəkir.
- Onlarla ilk dövrədəki oyunu da yaxşı xatırlayıram. Lakin əvvəlki “Bakı”yla indiki arasında çox fərq var. İndi onlar daha güclü heyətə malikdirlər. Sualınıza gəlincə, bu haqda dəqiq bir söz demək çətindir. Ola bilər ki, belə olsun. Ancaq unutmayın ki, biz “Bakı”dan da güclü rəqibləri məğlub etmişik.
- Turnir cədvəlində lider “Neftçi”dən dörd xal geri qalırsız. “Xəzər Lənkəran”la aranızda cəmi bir xal fərq var. Bu mənada, çempionluq şanslarınızı necə dəyərləndirərdin?
- Bəlkə də bu haqda danışmaq hələ tezdir. Lakin ilk “altılıq” da liderin də xal itirəcəyini gözləyirəm. Növbəti qarşılaşmada mütləq qalib gəlməliyik. Liderin bizdən xal fərqiylə çox aralanmasına imkan vermək olmaz. Bizi qarabaqara izləyən “Xəzər Lənkəran”ı bize keçməyə imkan verməməliyik. Əgər biz qarşıdakı oyunların bir neçəsində qalib gəlsək, çempionluq şanslarımız yüksək olacaq.
- Bir qədər də Dubayda baş verən hadisə toxunaq. İnternetdə sənin əlində siqarət olan haldakı şəkilin yayımlandı. Ümumiyyətlə, siqaret çəkirsən?
- Bunları yada salanda qanım qaralır. İstəmirəm ki, yenidən bu mövsuya qayıdaq. Gəl, başqa şeylərdən danışaq.
- Düşünmürsən ki, həddindən artıq əylənməyin futbolçu karyerana zərbə vura bilər?
- Belə hallar yaxşı deyil. Mən belə hərəkət etdiyimə görə çox peşmanam. Hərəkətimizə görə də layiqli cəzamızı alacağıq. Baş məşqçimiz Berti Foqts dabizə çox qəzəblənmişdi. Onun bizimlə çox ciddi söhbəti oldu. Bir də belə hal təkrar olunsa, bizi millidən uzaqlaşdıracağını dedi.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir