Ağdam Rayon İcra Hakimiyyəti AFFA-ya və PFL-ə məktub ünvanlayıb. Müraciətdə futbol qurumlarından «Qarabağ» klubunun ev oyunlarına Ağdamın Quzanlı kəndində keçirilməsinə icazə verməsi xahiş olunub.
PFL-in prezidenti Ramin Musayev Qol.Az-ın müxbiriylə söhbətində məlumatı təsdiqləyib: “Həqiqətən də “Qarabağ” klubu, eləcə də Ağdam Rayon İcra Hakimiyyətindən “Qarabağ”ın bəzi ev oyunlarını Ağdamda keçirməsiylə bağlı müraciət almışıq. Lakin indi bu məsələylə bağlı dəqiq bir söz demək çətindir”. R.Musayev bildirib ki, ilk növbədə “Qarabağ”ın Ağdamda qəbul etmək istədiyi rəqibləri də buna razılıq verməlidirlər: “İndi çempionatın qızğın vaxtıdır. Buna görə də biz hansısa klubu Ağdama məcburən yollaya bilmərik. Bu məsələynən bağlı biz AFFA prezidenti Rövnəq Abdullayev, eləcə də “Qarabağ”ın Ağdamda qəbul etmək istədiyi klubların rəhbərləriylə də görüşüb, danışmalıyıq. Klublar razılıqlarını versələr, yalnız bundan sonra PFL öz nümayəndələrini həmin stadiona baxış keçirməyə yollayacaq. Stadionun da vəziyyəti qənaətbəxş olsa, “Qarabağ” ev oyunlarını Ağdamda keçirə bilər”.
“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Qol.Az-a bildirib ki, ev oyunlarını Ağdamda keçirmək təkcə “Qarabağ”ın deyil, həm də Ağdam Rayon İcra Hakimiyyətinin və rayonun futbol ictimaiyyətinin istəyidir: “Klublar elə başa düşməsinlər ki, bu məsələdə maraqlı olan tərəf təkcə bizik. Ağdam Rayon İcra Hakimiyyəti bizə də müraciət ünvanlayıb. Biz də onlara öz razılığımızı bildirmişik ki, “Qarabağ” Ağdamda oynamağa hazırdır. Mən AFFA və PFL-i də başa düşürəm. Çünki mövsümün əvvəlində “Qarabağ” ev oyunlarını keçirmək üçün Suraxanı qəsəbə stadionunun adını qeyd edib. Amma Ağdam Rayon İcra Hakimiyyəti orada yaşayan qaçqınları, futbol azarkeşlərini, ümumiyyətlə, Ağdamın sərhəd bölgəsi olmasını nəzərə alaraq belə bir istəklə çıxış edib. Biz də gözəl anlayırıq ki, “Qarabağ”ın Quzanlıda rəsmi oyun keçirməsi orada yaşayan ağdamlıların böyük sevincinə səbəb olacaq, insanlara psixoloji cəhətdən çox kömək olacaq. Amma burada hər şey bizdən asılı deyil. Ramin Musayev düz buyurur ki, gərək qarşılıqlı razılaşma olsun. Əgər rəqiblərimiz də razılıq versələr, biz Quzanlıda oynamağa çox şad olardıq. Oradakı meydanın vəziyyəti ilə də tanışam. Bir neçə gün əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovla birgə həmin stadionda olub, oradakı vəziyyətlə tanış olmuşuq. Deyə bilərəm ki, meydançanın, eləcə də paltardəyişmə otaqlarının vəziyyəti normaldır. Bir sözlə, Quzanlıdakı stadionda rəsmi oyun keçirmək üçün şərait var”.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!