Sabah Unibank Premyer Liqasında “Bakı” öz meydanında “İnter”i qəbul edəcək. Oyun ərəfəsində “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Qol.Az saytının suallarına cavab verib.
- “İnter”lə oyuna hazırsınız?
- Bəli. Oyuna yaxşı hazırlaşmışıq. Hazırda rəqibimizin yaxşı formada olduğu sirr deyil. Amma turnir cədvəlində bizdən irəlidə olsalar da, qələbə qazanmağa çalışacağıq. Çünki biz xal itirməməliyik. Əks halda, ilk “altılıq”da yerimizi itirə bilərik. Biz baxımlı futbol nümayiş etdirməsək də, mütləq üç xal götürməliyik.
- Rəqibinizin daha çox müdafiədə oynaması sizə çətinlik yarada bilər?
- Mən deməzdim ki, “İnter” sırf müdafiə futboluna üstünlük verir. Düzdü, müdafiələri daha çox inamlı təsir bağışlayır. Lakin sağ və sol cinahda təhlükəli olduqlarını unutmaq olmaz. Oyun zamanı hər bir taktikadan istifadə edilə bilər. Mümkündür ki, sabah biz də müdafiədə oturaq. Hər şey baş məşqçinin taktikasından asılı olacaq.
- Unibank Premyer Liqasının XXI turunda səfərdə “Simurq”u məğlub etdiniz. İndi çoxları hesab edir ki, ilk “altılıq”dan kənarda qalan klub “Bakı” və ya “Qəbələ” yox, AZAL olacaq. Bəs, sən necə düşünürsən, “Bakı”nın başının üzərindən qara buludlar çəkilib?
- Hələ dəqiq bir söz demək tezdir. Çünki biz 1-2 oyun yaxşı oynadıqdan sonra komandada qırılma gedir. Bu da heyətdəki dəyişikliklərlə bağlı ola bilər. Hələ heyət tam şəkildə bir-birinə öyrəşməyib. Hansı komandada ki, futbolçular 1-2 il bir yerdə çıxış edir, həmin klub yaxşı nəticələr verir. Lakin inanıram ki, qarşıdakı oyunlarda komandanın üzvləri bir-birlərini daha yaxşı başa düşəcəklər. Hal-hazırda bizim üçün vacib olan nəticədir. Hələ ki, baxımlı futbol oynaya bilməməyimiz başadüşüləndir.
- Komandanıza böyük ümidlərlə gətirilən ispaniyalı hücumçu Koke ilk qolunu vurdu. Artıq onun ayağının açıldığını düşünmək olar?
- Məşqlərdə elə əla və dəqiq ötürmələr verir ki, yüksək səviyyəli futbolçu olduğunu göstərir. Lakin indi fiziki baxımından Koke hazır deyil. Bunu özü də bilir. Lakin bir neçə turdan sonra komandamıza çox xeyir verəcəyinə inanıram. Məncə, Koke bir az da çox çalışıb özünü sübut etməlidir. Unutmaq lazım deyil ki, o, bir çox yüksək səviyyəli Avropa klubunda oynayıb. Hər şey özündən asılı olacaq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı