Azərbaycanın U-21 millisinin və Türkiyənin "Kayseri Erciyesspor" klubunun yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi
- İlk öncə AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində İslandiya ilə keçirilən oyun barədə fikirlərini öyrənək...
- Hər iki komanda yaxşı oyun sərgilədi. Lazım olan qolu vura bildik və qələbə qazandıq. Komandamızın sonadək mübarizə aparması yaxşı hal idi. Məhz buna görə də qələbə hesabını sonadək qorumağı bacardıq.
- Seçmə mərhələnin qarşıdakı 3 oyunu haqda nə deyə bilərsən?
- Növbəti oyunlara da qələbə əzmi ilə çıxacağıq. Çalışacağıq ki, maksimum xal toplamaqla turnir cədvəlindəki mövqeyimizi bir qədər də yaxşılaşdıraq.
- Yəqin ki, əsas milli komandamızın Dubayda keçirdiyi 3 yoldaşlıq görüşündən xəbərdarsan. Sinqapur (2:2) və Fələstinlə görüşlərdə (0:2) qeydə alınan nəticələr sənin üçün nə dərəcədə gözlənilməz oldu?
- Nəticələrdən xəbərim var. Lakin həmin 3 yığmanı millimizlə müqayisə etmək olmaz. Məncə, rəqiblərin kimliyi millinin bu oyunlara köklənməsinə mane oldu. Millimiz bu oyunlarda qalib gəlməli idi.
- Deməli, nəticələr sənin üçün də gözlənilməz olub?
- Bəli. Gözlənilməz oldu. Çünki daha yaxşı nəticə qazana bilərdik.
- Bir qədər də "Kayseri Erciyesspor" haqda danışaq. Hazırda komandada vəziyyət necədir?
- Normaldır. Hər şey qaydasında gedir. Növbəti oyunlara hazırlaşırıq.
- Son turlarda əsas heyətə düşməkdə çətinlik çəkirsən və ya oyunu sonadək davam etdirmirsən. Səncə, bu nə ilə bağlıdır?
- Açığı deyim, bunun nə ilə bağlı olduğunu bilmirəm. Hər halda mən əsas heyətdə oynadığım vaxtlar komanda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmışdı. Ancaq hazırda komanda 7-ci pilləyə yuvarlanıb. Ancaq mənimlə yanaşı, əsas heyetin bir neçe üzvü də hazırda ehtiyat skamyada oturur. Mən həm məşqlərdə, həm də oyunlar zamanı var-gücümlə çalışıram. Yenə də kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir.
- Komandanın baş məşqçisi Kəmaləttin Şəntürklə münasibətlərin necədir?
- Yaxşıdır. Onunla heç bir problemim yoxdur. Ümumiyyətlə, komandada hər kəslə yaxşı münasibətim var.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı