“Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov Azərbaycan millisinin Dubayda keçirdiyi təlim-məşq toplanışıyla bağlı Qol.Az saytının suallarını cavablandırıb.
- Dubay toplanışı milli komandamıza nə qazandırdı?
- Orada keçirdiyimiz üç yoxlama oyunu bizə heç nə vermədi. O cür səviyyəsi aşağı olan komandalarla görüş keçirməkdənsə, 1-2 ortabab yığmayla oynamaq daha sərfəli olardı. Bu, mənasız bir toplanış idi, bizim futbolçular havayı yerə əziyyət çəkdilər.
- Azərbaycan yığmasının Fələstinə biabırçı məğlubiyyəti haqda nə deyə bilərsiniz?
- Mən öncədən demişdim ki, üç oyuna futbolçularımız xeyli qol vurmaqla özünəinamı, ruh yüksəkliyini bir az artırarlar. Amma əksinə, Fələstin bizə yaxşı dərs verdi.
- Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Nəyə görə uduzduqlarını deyə bilmərəm. Bəlkə də meydana bir az arxayın çıxmışdılar. Əsl səbəblərini daha yaxşı özləri deyə bilər. Mən onların yanında olmamışam ki, nəyə görə uduzduqlarından xəbərim olsun. Fələstinə uduzacağımızı heç ağlıma da gətirmirdim. Mən demişdim ki, Sinqapur və Hindistanın qapısından 4-5 top keçirərik.
- Dubay toplantısını millimiz üçün biabırçılıq hesab etmək olar?
- Ümumiyyətlə, bu toplanışın nə məqsədlə təşkil olunduğu mənə çatmadı. Ölkə çempionatının gərgin bir vaxtında futbolçuları götürüb apardılar Dubaya ki, yoldaşlıq görüşü keçirəcəyik. Yoldaşlıq görüşləri güclü rəqiblərlə olsaydı, şəxsən mən razı qalardım. Çünki ən azı futbolçularımız yaxşı təcrübə toplayardılar. Fələstin, Sinqapur, Hindistan kimi yığmalarla nə təcrübə toplayacaqlar ki? Əksinə, onlar bizimlə oyunda nəsə qazandılar.
- Yığmamızın yoldaşlıq görüşündə məğlubiyyəti Azərbaycanda çox narazılıqla qarşılandı. Sizcə, bu cür uğursuzluların təkrarlanmaması üçün nə etmək lazımdır?
- Mən onların işlərinə qarışmıram. Heç fikir də bildirmək istəmirəm ki, neyləmək lazımdır. Nə etmək lazım olduğunu özləri daha yaxşı bilərlər.
- Millinin bəzi oyunçuları spirtli içki içərkən və siqaret çəkərkən yaxalanıb. Buna münasibətiniz?
- Mənim fikrimcə, onları həmin dəqiqə, fikirləşmədən millidən qovmaq lazım idi. Başqa bir söz deyə bilmərəm.
- Baş məşqçi Berti Foqts isə əksinə, Fələstinlə oyunda onları meydana buraxdı.
- Siz fikrimi soruşdunuz, mən də cavab verdim. Həmin futbolçuları niyə meydana buraxmasının səbəbini baş məşqçidən soruşsanız, daha yaxşı olar.
- Sizcə, son hadisə milli komandada intizam qaydalarının lazimi səviyyədə olmadığını göstərmirmi?
- Komandanın daxilində deyiləm, ona görə də oradakı ab-havadan xəbərim yoxdur. Mən də eşitmişdim ki, Berti Foqts millidə yüksək nizam-intizam yaradıb. Lakin son hadisədən sonra bir az çaşqınlıq içindəyəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı