Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Milli komandamız dünən Fələstinlə yoxlama oyununda 0:2 hesabıyla uduzdu. Oyunla bağlı fikirləriniz necədir?
- Oyunu izləməmişəm. Lakin nəticənin bizim üçün yaxşı olmadığını deyə bilərəm. Əslində deməyə söz tapa bilmirəm. Fələstin komandasının adına indiyədək hansısa bir yarışda rast gəlməmişdim. Bu da onların çox zəif bir yığma olduğuna dəlalət edir. Yəni zəifdən də zəif bir millidir.
- Deməli, məğlubiyyət sizin üçün də gözlənilməz olub?
- Mən Berti Foqtsun yığmamızı Dubaya apardığını öyrənəndə elə zənn etdim ki, orada rəqibləri məğlub edib futbolçularda qələbə ruhunu artırmaq istəyir. Çünki həmin yığmalarla – Sinqapur, Hindistan və Fələstinlə oyunda hamı komandamızın qələbə qazanacağını düşünürdü. Lakin Fələstinə uduzdular. Niyə məğlub olduqlarının səbəblərini onlar özləri yaxşı bilər. Yəni, hər bir oyunda məqsəd olmalı idi. Əgər gənc futbolçuları yoxlamaq məqsədi güdülürdüsə, ortabab komandalarla oynamağa üstünlük verilməlidir. Onda onların nəyə qadir olduqlarını daha yaxşı görmək olardı. Şəxsən mən öz zamanımda belə etmişəm. Fələstinlə oyun zamanı mən U-21-lərimizin oyununu meydandan canlı izləyirdim. Yoldaşlarımdan biri əsas yığmamızın 0:1 hesabıyla uduzduğunu deyəndə inanmadım. Elə bildim ki, mənimlə zarafat edir. Nəticədən xəbər tutduqda isə özümü çox pis hiss etdim.
- Dubay toplanışını millimiz üçün fiasko adlandırmaq olar?
- lk öncə bizim kimi yığmaların yoldaşlıq oyunu keçirməsində bir məqsəd olmalıdır. Seçmə mərhələdə bizimlə birgə yer alan komandalara uyğun rəqibləri seçməliydik. Dünən Ukrayna komandası yoldaşlıq oyununda İsrail yığmasını məğlub etdi. Bu o demək deyil ki, İsrail Ukrayna millisindən zəifdir. Ümumilikdə götürəndə Dubay toplanışını bizim üçün uğursuz alındığını söyləmək olar. Ancaq hər şeyə rəğmən, belə gözlənilməz məğlubiyyətin səbəblərini axtarıb tapmaq lazımdır. Çünki irəlidə olan güclü komandalarla qarşılaşmalarda bunun çox böyük ziyanını görə bilərik. Onsuz da, hər məğlubiyyət komandamız üçün zərbədir. Şəxsən mən millimizin Dubay toplantısındakı ümumi nəticələrdən razı qalmadım.
- Sinqapurla oyundan sonra qələbəni əldən verən millimizin bəzi futbolçuları həmin günün gecəsi əllərində siqarət və ici spirtli icki olan qədəhlə yaxalanıbılar. Buna münasibətiniz?
- Bəli, baş verənlərdən xəbərim var. Onların belə etmələrini çox pis hərəkətdir. Komandanın futbolçularına istirahət verilibsə, o demək deyil ki, mütləq siqaret və içkiylə dincəlməlisən. Hər bir futbolçu etdiyi hərəkətin məsuliyyətini daşımalıdır. Xüsusən də, millinin tərkibində olduqları zaman. Bu toplanışlar sentyabr ayında İsraillə oyuna görə təşkil edilib. Ona görə də, təlim-məşq toplantısının keyfiyyətini o vaxta qədər qoruyub saxlamağa çalışmalıdırlar. Bütün baş verənlərin qarşısını baş məşqçi və AFFA almalıdır. Futbolçuları bu şəkildə boş buraxmaq olmaz. Çünki bu, millimizin digər futbolçularının da intizamına mənfi təsir göstərə bilər. Milli komanda ölkənin imici hesab edilir. Ona görə də belə hərəkətlərə yol vermək olmaz.
- Həmin futbolçuların cəzalandırmalı olduqları halda, Fələstinlə oyunda meydana çıxdılar. Buna nə deyərdiniz?
- Futbolçulara hansı cəzanı kəsəcəklərinə Berti Foqts və AFFA qərar verməlidir. Şəxsən mən düşünürəm ki, həmin futbolçulara mütləq cəza verilməlidir.
- Şəxsən siz onlara hansı cəzanı verərdiniz?
- Ən azı həmin futbolçuları milli komandaya çağırmazdım. Əgər, biz onları heç nə olmamış kimi bağışlasaq, sonra belə halların qarşısını almaq çətin olacaq. Mən Rəşad Sadıqovun müsahibəsini oxudum. Onun dediklərindən çox xoşum gəldi. Rəşad da istirahətin necə qeyd etməyin lazımlığını bildirib. Yəni idmançının nüfuzuna xələl gətirəcək hərəkətlər etmək olmaz.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı