AZAL klubunun qapıçısı Cahangir Həsənzadənin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının “Turan”a qarşı son oyununda iştirak etmirdin. Oyunu kənardan izləməyinə səbəb nə idi?
- Məşq zamanı zədə almışdım. Oynamaq istəsəm də, həkimlər icazə vermədi.
- Komanda yoldaşın Amil Ağacanov oyun zamanı ciddi səhvlərlə yadda qaldı...
- Mən belə deməzdim. Düzdür, kiçik səhvləri oldu. Bunun da səbəbini onun oyun təcrübəsinin azlığı ilə əlaqələndirərdim. Mənim özümdə də səhvlər olur. Əsas odur ki, həmin oyunda qələbə qazana bildik.
- “Qəbələ” “Xəzər Lənkəran”ı məğlub etməklə böyük ölçüdə ilk “altılığ”a düşmək məsələsini həll edib. Hazırda AZAL-ın birinci “altılıq”dan kənarda qalması ehtimalı daha yüksəkdir.
- Düzdür şansımız çox az olsa da, qalmaqdadır. İlk “altılığ”a düşməsək belə, bizim peşəkar olaraq klub qarşısında məsuliyyətimiz var. Ona görə də digər oyunlarımızı yüksək səviyyədə keçirib qələbə qazanmalıyıq.
- Yəqin, sən də etiraf edərsən ki, bu mövsüm komandanız üçün uğursuz oldu...
- Elədir. Ötən il avrokubokda çıxış edən bir komanda üçün builki nəticə çox uğursuzdur. Nəinki Avroliqaya gedirik, heç ilk “altılığ”a düşmək ehtimalımız da azdır. Amma hələ hər şeyin sonu deyil. Kubok uğrunda mübarizəmizi davam etdiririk. Çalışacağıq ki, kuboku qazanaraq Avroliqada oynayaq. Yoxsa builki əziyyətimiz hədər gedəcək.
- Növbəti turda “Qarabağ”ın qonağı olacaqsınız...
- Çox çətin oyun olacaq. Bildiyimiz kimi, bizdən fərqli olaraq, rəqibimiz çempionluq uğrunda mübarizə aparır. Bu o demək deyil ki, biz oyuna ciddi yanaşmırıq. Çalışacağıq, qarşıdakı iki oyunda qələbə qazanaq. Məncə, “Qarabağ”ın oyun zamanı problemləri bizdən çox olacaq. Çünki onlar ancaq qələbə qazanmaq üçün meydana çıxacağından bir az gərginlik içində olacaqlar. Bizim isə psixoloji problemimiz olmayacaq. Düşünürəm ki, Ağdamda yaxşı oyunlarımızdan birini keçirəcəyik.
- Milli komandanın keçmiş futbolçusu kimi, hazırkı toplanış barədə fikirlərini bilmək maraqlı olardı...
- Bu cür toplanışlar millimiz üçün müsbət sayılmalıdır. Yeni oyunçular cəlb olunmaqla eksprimentlər aparılır. Belə oyunlarda nəticə önəm kəsb etmir. Əsas qarşıdakı seçmə oyunlara hazır olub uğurlu nəticələr qazanmaqdır.
- Seçmə mərhələdən söz düşmüşkən, DÇ-2014-də milli komandamızdan nə gözləyirən?
- Məncə, “Avro-2012”ylə müqayisədə bu dəfə daha yaxşı nəticə qazanacağıq. Çünki futbolumuzun səviyyəsi ilbəil artır. Hazırda ortabab Avropa komandalarıyla başabaş mübarizə apara bilərik.
- Milli çempionatda pis təsir bağışlamırsan. Bu mənada, yığmanın baş məşqçisi Berti Foqtsdan dəvət gözləyirsən?
- Düzü, bu qərarı baş məşqçi verir. Amma hazırda nəinki mənə, ümumiyyətlə, başqa qapıçıya ehtiyac yoxdur. Çünki Kamran Ağayev yaxşı formadadı. O, yaxşı oyun nümayiş etdirir. Buna baxmayaraq, baş məşqçi nə vaxt məni milli komandada görmək istəsə, kömək etməyə hazıram.
- Öz oyunun səni nə dərəcədə razı salır?
- Bu barədə mənim nəsə deməyim düzgün alınmaz. Kənardan baxan mütəxəssislər bu haqda danışsalar, yaxşı olar. Amma şəxsən özüm oyunumu qənaətbəxş sayıram. Çalışıram, ciddi səhvlərə yol verməyim.
- Bu mövsümün sonu AZAL-la müqavilən başa çatır. Komandanı dəyişmək barəsində fikirləşirsən?
- Mən burada qalmaq istəyirəm. Əgər rəhbərlik və məşqçi heyəti də bunu istəsə, heç yana getmərəm.
Şükür CAVAD
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir