Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Sergey Yuranın Qol.Az saytına müsahibəsi
- “Simurq” rəsmi olaraq ilk “altılıq”dan kənarda qalıb. Bunu komanda üçün uğursuz saymaq olar?
- Əvvəla diqqətinizə çatdırmaq istəyirəm ki, qarşıma qoyulan vəzifə komandanı Unibank Premyer Liqada saxlamaq idi. İkinci vəzifəmiz isə mən tərəfdən tərtib olunmuşdu. İmkan dairəsində “Simurq”u ilk “altılığ”a çıxarmaq istəyirdik. Ona görə də bu mövsüm üçün komandanın çıxışını uğursuz hesab etmirəm.
- Bəs, bundan sonra “Simurq”un çempionatda məqsədi nə olacaq?
- Qarşıda bizi hələ bir çox çətin oyun gözləyir. Məqsədimiz “Simurq”u yeddinci pillədə saxlamaqdır. Dediyim kimi, əsas məqsədimiz komandanın əsas liqada yerini saxlamaq idi ki, bunun da, öhdəsindən gəldik. Əgər mən komandaya gələn zaman kiçik büdcəylə qarşıma ilk “altılıq” vəzifəsi qoyulsaydı, mən imtina edərdim. Çünki belə kiçik maliyyə büdcəsiylə bu, mümkünsüz bir şeydir.
- Unibank Premyer Liqasının başlamasına bir həftə qalmış “Simurq” klubunun baş məşqçi vəzifəsinə keçsəydiniz, komandanız daha yaxşı nəticəyə nail ola bilərdi?
- Vəziyyətimizin bir qədər fərqli ola biləcəyini düşünmürəm. Ancaq yenə deyirəm ki, indiki zamanda hər şey klubun maliyyə durumundan və futbolçuların səviyyəsindən asılıdır. Biz 3-4 min dollarlıq futbolçularla hara qədər gedə bilərik? Bura Zaqataladır, Bakı yox. Əgər komandaya səviyyəli futbolçular gətirirsənsə, ona yaxşı maaş da verməlisən. Bu yaxınlarda düşərgəmizə Serbiya çempionatında çıxış edən klubların birindən futbolçu dəvət etmişdik. Lakin o, rəhbərliklə alacağı pulla bağlı müzakirə belə aparmadan komandanı tərk etdi. Çünki bura paytaxt deyil, əyalətdir.
- Uzun müddət şəxsi problemlərinə görə komandadan ayrı düşən Robertas Poşkusun psixoloji durumu indi hansı səviyyədədir?
- Bir qədər çətindir. Lakin mənim dəvət etdiyim, işlədiyim futbolçu mütləq özünü yaxşı tərəfdən göstərməyə nail olur. Bir şeyə diqqət yetirin. Poşkus kimi təcrübəli futbolçu “İnter”də oynaya bilmirdi. Lakin mən onu “Simurq”a gətirdikdən sonra artıq səkkiz qol vurub. Yəni, hər bir futbolçuya düzgün yanaşma lazımdır. Ailəsindəki problem Poşkusu çox sarsıtmışdı. Təəssüf ki, bu hadisə Poşkusu infarkt olmaq dərəcəsinə çatdırmışdı. Çünki hər bir insan üçün vacib olan birinci növbədə onun ailəsidir. Lakin Poşkus artıq Zaqataladadır. Düşünürəm ki, mart ayının 3-nə kimi onu oyuna hazır edə biləcəyəm.
- Mövsümün sonunda komandanın heyətində nə kimi dəyişiklər etməyi düşünürsünüz? Yoxsa bu haqda danışmaq hələ tezdir?
- İlk növbədə, özümdən deyim ki, komandanın qarşısında konkret məqsəd qoyulmasa, klubdan gedəcəyəm. Çünki mənim “Simurq”la müqaviləmin müddəti may ayında başa çatacaq. Yəni hər şeyin başında komandanın qarşısına qoyulan məqsəd duracaq. Əlbəttə, “Simurq”un maliyyə imkanlarını da xüsusi vurğulamaq olar.
- Sizin rəhbərlik etdiyiniz komandaya nə qədər vəsait lazımdır ki, ilk “altılığ”a və Avroliqaya vəsiqə qazanasınız?
- İlk növbədə biz Avroliqaya çıxaraq, Azərbaycan futbolunu Avropada təmsil edəcəyik. Maliyyə məsələsinə gəlincə isə, hardasa 15 milyon tələb olunur. Belə olan halda komandaya xeyli sayda güclü və səviyyəli futbolçular cəlb etmək mümkün olacaq.
- İlk “altılıq”da çempionluq mübarizəsinin daha çox hansı komandalar arasında gedəcəyini düşünürsünüz?
- Mənim fikrimcə, çempionluq uğrunda mübarizə “Neftçi” və “Qarabağ” arasında gedəcək. Onların göstərdiyi oyuna görə belə fikir yürüdürəm. Bu iki komanda çempionluğu qazanmağa əsas namizəddir.
- Sizcə, Azərbaycan millisinə Sinqapur, Fələstin, Hindistan kimi komandalarla yoldaşlıq oyunu keçirməsi nə verəcək?
- Birinci növbədə bu, Azərbaycan yığmasının reytinqi arta bilər. Əlbəttə, qalib gələ bilsə. Əgər millinizin uğur qazanmaq baxımından yanaşırıqsa, Berti Foqts vaxtının daha çoxunu ailəsinin yanında deyil, Azərbaycanda, çempionatı izləməklə keçirməlidir. Yoxsa, mən qayıdıram, oyunların video yazısına evdə baxacağam, belə yanaşma olmamalıdır. Yığmanın baş məşqçisi mütəmadi olaraq, işlədiyi ölkədə yaşamalı, gənclərin, digər yeni futbolçuların oyununu canlı olaraq izləməlidir. Hər bir şeyi idarə etməlidir. Elə-belə, havayı pul qazanmaqla məşğul olmamalıdır.
- Əgər sizə Azərbaycan millisinin baş məşqçisi postu təklif olsaydı, razılıq verərdiniz?
- Bəli, razı olardım. Ancaq eyni zamanda günün bütün 24 saatını Azərbaycanda keçirərdim. Və bütün çempionat oyunlarını izləyərdim. “Sumqayıt” - “Turan” oyunlarına belə böyük məmnuniyyətlə stadionda baxardım. Məncə, bu, birbaşa baş məşqçinin vəzifə borcudur. Lazım gəlsə, işlədiyim ölkədə də müvəqqəti də, olsa, yaşayardım.
Əli HƏYATİ
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi