“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin Qol.Az saytına müsahibəsi
- “Rəvan”la son oyunda “Neftçi” özünə bənzəmirdi. Gözlənildiyindən zəif təsir bağışladınız.
- Açığı, komandamız pis oynamadı. Rəqibimizin də, güclü komanda olduğunu yaxşı bilirsiniz. Hər iki komandanın qol vurmaq şansları oldu. Mənim fikrimcə,”Rəvan” ilk “altılıq”da oynamağa layiq idi. Həmin gün meydança amili də yaxşı oyun nümayiş etdirməyimizə mane oldu. Çünki yağan güclü qar stadionu bərbad vəziyyətə salmışdı. Bununla belə, rəqimizin qapısı qarşısında çoxlu qol vəziyyəti yaratdıq. Ən əsası odur ki, qələbə qazanmağı bacardıq.
- Axır zamanlar, “Neftçi”nin əsas heyətində yer alırsan. Yəqin ki, bundan sonra ilk 11-likdə mövqeyini möhkəmlətmək elə da asan olmayacaq.
- Hər bir futbolçu əsas heyətinə düşəndə özünə daha çox güvənməyə başlayır. Məncə, indiki vəziyyətdə bir qədər səbirli olaraq, öz şansını gözləməlisən.
- Digər klublarda belə çıxış edərkən rəqabətə hər zaman tab gətirmisən. Lakin “Neftçi”nin heyətində xeyli vaxtdır ki, Stamenkoviçin kölgəsində qalmışdın. Buna səbəb nə idi?
- Belə baxanda elə böyük səbəb görmürəm. Ola bilər ki, həmin dövrdə yaxşı formada olmamışam. Sonradan çox sayda məşqlər edərək formamı bərpa etməyi bacardım. Ondan sonra məni əsas heyətə qaytardılar.
- Stamenkoviç zədəlidir deyə start heyətdə yer almır, yoxsa sən onu üstələmisən?
- Yox, Stamenkoviçin zədə problemi yoxdur. Sadəcə olaraq, məşqçilər belə qərar verdi. Çünki Türkiyədə Çeçenistanın sabiq prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan turnirdə özümü yaxşı tərəfdən göstərə bilmişdim. Bundan sonra məşqçilər mənə şans verməyə başladılar.
- Stamenkoviçlə fərqini nədə görürsən?
- O da özünə görə bir qapıçıdır. Düzünü desəm, pis qapıçı deyil. Ancaq onun yeri ayrı, mənim yerim ayrıdır. Hər kəsin öz üstünlüyü var. Ola bilər, “Neftçi”yə təzə gələn vaxtı daha yaxşı formada olub. Hər şeyə rəğmən meydana kimin çıxmağını məşqçi təyin edir.
- Yaxın gələcəkdə karyeranı başa vurmaq haqda düşünmürsən? Əgər bitirəsi olsan, son klubun “Neftçi” olacaq?
- Açığı, bu haqda hələ fikirləşmirəm. Hələ bir neçə il meydanda mübarizə aparmaq üçün yetərincə gücüm var. Hansı klubda futbolla vidalaşmağıma gəlincə, bunun “Neftçi” olmasını istərdim.
- Böyükağa Hacıyevi “Neftçi”ni çalışdıracaq qədər səviyyəli baş məşqçi hesab etmək olar?
- Əgər komandamız turnir cədvəlinin birinci pilləsində qərarlaşıbsa, deməli, buna layiq bir məşqçidir. Mənim fikrimcə, baş məşqçinin reytinqi onun komandasının göstərdiyi nəticəyə əsasən müəyyənləşir. Ona görə də mən onu komandamıza layiqli bir məşqçi hesab edirəm.
- “Rəvan”la qarşılaşmada komanda yoldaşın Mirhüseyin Seyidovun qeyri-etik hərəkət etməsi barəsində nə deyərdin?
- Həmin vaxt meydanda onun etik qaydaları pozan hərəkətini görməmişəm. Bu haqda məlumatı mətbuatdan oxumuşam. Çünki gözlədiyimiz qolu vurduqdan sonra o qədər sevinmişdik ki, heç kim bir-birinə fikir vermirdi. Bəlkə də Mirhüseyin Seyidov da belə hərəkət etmək istəməyib. Təəssüf ki, belə alındı. Seyidov çox yaxşı, tərbiyəli və böyük-kiçik yeri bilən oğlandı. Əgər səhvini boynuna alaraq, üzr istəyibsə, onu anlamaq olar.
- Komanda yoldaşlarınla birgə öz aranızda onunla söhbət etmisiniz?
- Buna hələ imkan yaranmayıb. Milli komandanın toplanışına görə, Unibank Premyer Liqasında fasilə yaranıb. Ona görə də, danışmağa imkanımız olmayıb. Yəqin ki, komanda yoldaşlarımızla bu haqda söhbət edərik.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir