“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- “Bakı”la oyunda aldığın zədə səbəbindən ötən tur “Kəpəz”lə matçı buraxmalı oldun. Hazırda durumun necədir?
- Artıq bu gündən fərdi məşqlərə başlamışam. Zədə alan zaman çox qısa müddətli olacağını düşünürdüm. Lakin bir az ciddi zədə oldu. Yəni ayağım çox pis burxulmuşdu. Ancaq çətin günlərim artıq arxada qaldı. Düşünürəm ki, “Qarabağ”ın növbəti qarşılaşmasına qədər hazır olacağam.
- “Kəpəz”la oyunda sənin mövqeyində Eltun Yaqublu çıxış etdi. Bu futbolçunun oyunu sənə necə təsir bağışladı?
- “Qarabağ”da ilk rəsmi çıxışı olmasına baxmayaraq, yaxşı oynadı. Meydanda inamlı mübarizə aparması xoşuma gəldi. Bəzi xırda çatışmazlıqları olsa da, ümumilikdə razı qaldım. Elton gənc və istedadlı futbolçudur. Məncə, onun yaxşı gələcəyi var.
- “Qarabağ” qış fasiləsindən sonrakı çıxışları haqda nə deyərdin?
- Komandanın oyunu getdikcə daha da yaxşılaşır. Son görüşlərdə qazandığımız qələbələr də bundan xəbər verir. Gələcəkdə daha inamlı çıxış edəcəyimizi düşünürəm. İnşallah, turnir cədvəlinin yüksək pillələrinin birində qərarlaşaraq, Avroliqaya vəsiqə qazanarıq.
- Yeni transferiniz olan makedoniyalı Muarrem Muarrem haqda nə düşünürsən?
- Muarrem komandadakı ilk günlərin mənə yaxşı təsir bağışlamırdı. Məşqlərdə elə də seçilmirdi. Hərdən çox sayda top itkisinə yol veriridi. Lakin oyunda onun necə bir səviyyəli futbolçu olduğunun şahidi oldum.
- Berti Foqts səni yenə də millyə çağırmadı. Nə baş verir?
- Bu sualı ona ünvanlasanız, daha yaxşı olar. Gərək baş məşqçi məni yığmaya dəvət etsin ki, mən də toplanışa qatılım. Çağırmayıbsa, bu, onun öz işidir.
- Milliyə dəvət almamağın mətbuatda baş məşqçi barəsindəki tənqidi fikirlərlə bağlı ola bilıər?
- Mən onun ünvanına artıq söz işlətməmişəm. Sadəcə, öz fikirlərimi bildirmişəm və sözümün də arxasında dururam. Məni milliyə çağırmayıb ki, mətbuatda nəsə demişəm də. Lakin mən onu təhqir etməmişəm, tənqid etmişəm. Bu isə ona əsas vermir ki, məni Azərbaycan yığmasına çağırmasın. Belə götürəndə aramızda heç vaxt pis münasibət olmayıb.
Mən düşünürəm ki, millidə uzun müddət oynayan futbolçular əvəzlənməməlidir. Yoxsa görürsən ki, hər dəfə yeni futbolçulara üstünlük verir. Ona görə də oyunda futbolçular arasında anlaşma aşağı səviyyədə olur. Sonra da milli üzvləri bir-birini yaxşı başa düşməməkdən şikayətlənirlər. Yoxsa, Berti Foqts birini Almaniyadan, digərini Türkiyədən gətizdirir. Belə olan təqdirdə isə millimiz oturuşmuş heyətə malik olmur.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı