“Neftçi”nin hücumçusu Əli Cansunun Qol.Az-a müsahibəsi
- İlk olaraq, «Xəzər Lənkəran»a qarşı dünənki oyun haqda fikirlərini bildirərdin.
- Oyun çox maraqlı alındı. 90 dəqiqə ərzində meydanda gərginlik vardı. Düşünürəm ki, biz “Neftçi” komandası olaraq, yaxşı oynadıq, meydanda gözəl mübarizə apardıq. Erkən qol vurmağımız da işimizə yaradı. Düzdür, qapısında qol gördükdən sonra “Xəzər Lənkəran” bir qədər fəallaşaraq, qapımız qarşısında təhlükəli anlar yaratdı. Bununla belə, mühüm matçda qalib gəlməyi bacardıq ki, buna görə də çox sevinirəm.
- Artıq ikinci dəfədir, eyni hal yaşanır. “Standard”la matçda da ikinci hissədə meydana daxil olaraq, komandana qələbə gətirən qola imza atdın, bu dəfə də...
- Mənim işimin adı qol vurmaqdır. Çünki hücumçuyam və buna görə də fərqlənməliyəm. “Neftçi” də məni məhz qol vurmağım üçün transfer edib. Mən də məşqlərdə bütün gücümlə çalışıram ki, oyunlar zamanı yaxşı çıxış edim, komandanın uğurunda pay sahibi olum. O ki qaldı məhz mənim qol vurmağıma, bunun elə bir əhəmiyyəti yoxdur. Çünki əsas olan komandanın qələbəsidir. Fərqi yoxdur, qolu Əli vurdu, Zaur vurdu və ya bir başqası. Amma təbii ki, qələbədə pay sahibi olmaq da sevindiricidir.
- “Xəzər Lənkəran”ın oyunu haqda nə deyə bilərsən?
- Dünənki oyun göstərdi ki, “Xəzər Lənkəran” həqiqətən də çempionatın ən güclülərindən biridir. Onlar bizə qarşı çox yaxşı mübarizə apardılar. Komandanın demək olar ki, zəif mövqeyi yoxdur. Həm müdafiə, həm yarımmüdafiə, həm də hücum xəttində yaxşı futbolçular yer alır ki, onlar da gözəl oyun sərgiləyirlər. Onlar bura qələbə dalınca gəlmişdilər. Çünki onların hələ də çempionluq şansları var idi. Amma bizim də qələbədən başqa çıxış yolumuz yoxuydu. Özünəinam hissini qaytarmaq, azarkeşlərin könlünü fəth etmək üçün bu oyunu mütləq udmalıydıq. Çox sevinirəm ki, istəyimizə çatdıq.
- Rəqib futbolçulardan kimin oyunu daha çox xoşuna gəldi?
- Mənim şəxsi fikrim belədir ki, dünən “Xəzər-Lənkəran”ın heyətində ən yaxşı məhz Əhməd Dursun idi. Təkcə qol vurmağına görə demirəm. Əhməd həm də matçda gözəl oyunuyla diqqət çəkdi. Müdafiəçilərimizi daim gərginlikdə saxladı.
- “Xəzər Lənkəran”ın heyətində həmyerlilərin - Əhməd Dursun, Fatih Sonkaya, Göksəl Akıncı və Devran Ayhan çıxış edir. Oyundan əvvəl və ya sonra onlarla görüşüb, söhbətləşə bildiniz?
- Oyundan əvvəl onlarla görüşmək imkanımız olmadı. Amma bilirdik ki, Bakıya qələbə qazanmaq üçün gəlirlər. Matçdan sonra isə görüşdük, bir qədər söhbət etdik. Onlar oyundan sonra çox məyus idilər. Çünki biz qələbə qazanmaqla “Xəzər Lənkəran”ı çempionluqdan məhrum etdik.
- Alman məşqçi Gedenin gedişindən sonra “Neftçi”ninn oyununda irəliləyiş hiss olunur. Bu, nəylə bağlıdır?
- Həqiqətən də alman məşqçinin gedişindən sonra komandamızın oyununda yüksəliş var. Gedenin dönəmində biz normal məşq keçmirdik. Bu da oyunlarımız zamanı özünü biruzə verirdi. Gedenin vaxtında “Neftçi”nin futbolçuları ikinci hissənin gedişində artıq yorulurdular, rəqibə güclü müqavimət göstərə bilmirdilər. Çünki bir daha deyirəm ki, yaxşı hazırlıq keçmirdik. Amma indi bu baxımdan problemimiz yoxdur. Məşqlərimiz yaxşı keçir, uşaqların əhval-ruhiyyəsi gözəldir, komandamızın düşərgəsində gözəl ab-hava hökm sürür. Bir sözlə, Gedenin vaxtındakı “Neftçi”ylə indiki “Neftçi” arasında böyük fərq var.
- Məlumdur ki, “Neftçi” çempionluq, eləcə də kubok şansını itirib. Qarşıdakı oyunlarda komanda nəyə ümid edəcək?
- Biz “Qarabağ”a məğlub olmaqla təkcə kuboku qazanmaq deyil, eyni zamanda da Avropaya yollanmaq şansını itirdik. Həmin vaxt özümüzə söz verdik ki, komandamızın adını, imicini qorumaq üçün çempionatdakı növbəti oyunlarımızın hamısında qalib gələcəyik. İndi də məhz bu məqsəd üçün yarışırıq.
- “Xəzər Lənkəran”ı məğlub etməklə onları çempionluqdan etdiniz. Növbəti turda isə çempionluğa daha bir iddialı, hazırkı lider “İnter”lə qarşılaşacaqsınız. Eyni aqibəti “İnter”ə də yaşada biləcəksiniz?
- Sözün açığı, “İnter”in çempionluğa oynayıb-oynamaması bizi maraqlandırmır. Çünki biz meydana yalnız öz uğurumuz üçün çıxırıq. Hər oyuna olduğu kimi, “İnter” qarşısına da 3 xal üçün çıxacağıq. İnanıram ki, “Xəzər-Lənkəran”la oyunda olduğu kimi, bu dəfə də gözəl oyun sərgiləyərək, qalib gələcəyik.
- “Xəzər Lənkəran” “Neftçi”yə uduzduqdan sonra, çempionluq şansını itirdi. Hazırda çempionluğa iki iddialı var - “İnter” və “Bakı”. Bu komandalardan hansını daha şanslı görürsən?
- Onu deyə bilərəm ki, bugünədək qarşılaşdığımız komandalar arasında ən güclüsü “Bakı”dır. Onlar çox yaxşı çıxış edirlər. Fikrimcə, “Bakı” hazırda premyer-liqanın ən güclü komandasıdır. Amma kimin çempion olacağını zaman göstərəcək. Hər halda, hər iki komandanın şansı var. “Bakı”nı növbəti turda çətin oyun gözləyir. Onlar “Xəzər-Lənkəran”la səfərdə qarşılaşacaqlar. Bununla belə, düşünürəm ki, çempionun adı yalnız son turda müəyyənləşəcək. Kim növbəti oyunlarda daha az xal itirsə, o da qızıl medallara yiyələnəcək.
- Mövsümün sonuna elə də çox vaxt qalmayıb. Artıq indidən gələcək taleyin barədə düşünürsən?
- Buna bir o qədər ehtiyac yoxdur. Çünki mənim hələ “Neftçi”ylə daha bir illik müqaviləm var ki, burada olan şərait də məni tam qane edir. Buna görə də qarşıdakı mövsümdə də “Neftçi”də çıxış etməyi planlaşdırıram. Bir sözlə “Neftçi” məni uzaqlaşdırmayınca, komandadan getməyəcəyəm.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı