“Qarabağ” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının 21-cu turunda “Qarabağ” Quzanlıda “Kəpəz”i minimal hesabla məğlubiyyətə uğratdı. Komandanın oyununu qıraqdan izləmək sənə necə təsir etdi?
- Əlbəttə, daim komandanla birgə olmaq, ona kömək etmək istəyirsən. Kənardan hər şeyi seyr etmək adama çətidir. Ancaq neyləmək olar ki, mənim qismətimdə hələlik oynamamaq yazılıb. Lakin ruhdan düşmürəm. Həyat hələ davam edir. İnşallah, yaxın gələcəkdə komandamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.
- AFFA-ya məraciət etsən də, səninlə bağlı beş oyunluq cəzə hələ də ləğv olunmayıb.
- Mən Vaqif Cavadov olduğum üçün cəzamı yüngülləşdirmədilər. Əgər başqası olsaydı, mənə elə gəlir ki, onun cəzasını azaldardılar. Neyləyək, canları sağ olsun. Həyat hələ davam edir. Onlara mənə qoyduqları “hörmət”ə görə, “çox sağ olsunlar” deyirəm.
- Millinin baş məşqçisi Berti Foqtsa barışıq təklif irəli sürməyin nədən irəli gəldi?
- Bunu mən təklif etməmişəm. Sadəcə olaraq, məndən Berti Foqtsla barışmağıma necə baxdığımı soruşdular. Mən də buna normal yanaşdığımı söylədim. Əgər milli komandaya lazımamsa, Azərbaycan yığması naminə bu addımı ata bilərəm. Mən millini hər zaman üstün tutmuşam. Belə addımı da o üzdən ata bilərəm.
- Amma Foqts sənin haqqında bir kəlmə də danışmaq istəmir.
- Bu, artıq onun öz işidir. Mən nə küsmüşəm, nə də dalaşmışam. Lazım olsam, dəvət edəcək. Lazım olmasam, milliyə çağırmayacaq. Canı sağ olsun. Mənim futbolçu karyeramın ən parlaq dövrü hələ qabaqdadır. Ona görə də, öz zamanımı gözləyirəm.
- Millidən söz düşmüşkən, səncə, aşağı səviyyəli rəqiblər - Fələstin, Sinqapur və Hindistan kimi komandalarla oyun bizə nə verəcək?
- Nə qədər oyun çox olsa, bir o qədər futbolçular üçün yaxşıdır. Futbolçuların işi oynamaqdır. Rəqibin zəif olmasının fərqi yoxdur. Birdə ki, indi onsuz da zəif komanda anlamı qalmayıb. Düzdü, millimizin növbəti rəqiblərinin oyununu görməmişəm. Ona görə də, dəqiq bir söz deyə bilməyəcəm. Ancaq AFFA əgər belə qərar veribsə, deməli, məqsədəuyğundur.
- Yenidən “Qarabağ”a qayıdaq. Komanda yoldaşlarının çempionluq şanslarınızın az olması fikriylə razısan?
- Biz başımızı aşağı salıb futbolumuzu oynayırıq. Qarşımıza qoyulan məqsəd Avroliqaya vəsiqə qazanmaqdır. Məncə, çempionluq haqda danışmaq hələ tezdir. Çünki bir çox komandayla çətin oyunumuz qalıb. Qarşıdakı matçlar çempionun kim olacağını göstərəcək.
- Bu mövsüm əvvəlkitək “Qarabağ”da uğurlu çıxış edəcəyin nə qədər realdır?
- Əgər futbolçu xeyli müddət oyun praktikasından əziyyət çəkirsə, sonradan tez bir zamanda ideal formaya düşməsi çətin olur. Lakin mən məşqlərdə böyük səylə çalışıram. İnşallah, “Qarabağ”ın qarşıdakı üç oyunu mənim üçün tez gəlib keçər. İnanıram ki, əvvəlki formamı bərpa edərək, nəyə qadir olduğumu sübut edəcəyəm.
- “Volqa”dan ayrılmağın müxtəlif söhbətlərə səbəb oldu. Əslində nə baş vermişdi?
- Mənim Rusiya klubundan getməyimə müxtəlif don geyindirdilər. Lakin əsl səbəb ailə problemlərimin olması idi. Buna görə də “Volqa”dan ayrılaraq, Bakıya qayıtmaq qərarına gəldim.
- “Qarabağ”la müqavilə imzalamazdan öncə, digər klublardan təkliflər almışdın?
- Azərbaycan klublarından heç birisiylə danışıq masasına oturmamışdım. Yalnız “Qarabağ”la 3-4 günlük danışıqlardan sonra, komandaya keçidim baş tutdu.
- “Qarabağ”a transferində ən böyük dəstəyi kim verdi?
- Rəhbərlikdən təklif gəldi. Bildirirlər ki, məni komandalarında görmək istəyirlər. Düzünü desəm, Azərbaycana qayıtmağı qərara aldığım üçün bu razılığı verdim. Keçidimdən də peşman deyiləm.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir