“Qəbələ” klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanov Unibank Premyer Liqasının 21-ci turunda “Xəzər Lənkəran»a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb
- Yəqin ki, son saniyədə qol vurub qələbə qazanacağınız sənin üçün də gözlənilməz oldu.
- Ümumiyyətlə, mən oyunun gedişatını bir kənara qoyuram. Amma matça çox ciddi hazırlaşırdıq. Ağır oyun olacağını bilirdik. Çünki rəqibimiz «Xəzər Lənkəran» çempionluğa iddialı komandadır. Oyunda ilk qolu biz buraxdıq. Amma sonra hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynayıb qələbə qolunu vurduq.
- 2:1 hesabını ədalətli nəticə sayırsınız?
- Oyun heç-heçə də bitə bilərdi. Amma bizim qol imkanlarımız daha çox olduğundan qalib gəldik.
- Birinci hissədə qol vurmaq şanslarınız daha artıq idi…
- Elədir. Amma fasilədən sonra da belə imkanlarımız yarandı. Sadəcə, onlardan yalnız birindən istifadə edə bildik.
- Yeri gəlmişkən, «Qəbələ»nin ilk qolunu sən vurdun. Qol baxımlı alındı.
- Bu, vacib deyil. Əsas komandamızın qələbəsidir.
- Bu matçda Dodo xüsusi fəallığı ilə seçildi. Yəqin, razılaşarsan ki, vurduğun qolda Dodonun əməyi çox oldu.
- Bilirsiniz, «Qəbələ» təkcə Dododan ibarət deyil. Bizim yaxşı müdafiəçilərimiz, yarımmüdafəçilərimiz, hücumçularımız var. Hamı öz oyununu oynayır. Məncə, bu gün (söhbət dünən olub - red.) Mendi Dododan zəif oynamadı. Bizim də onlara köməyimiz dəydi.
- İkinci hissədə Dean Barton meydana daxil olduqdan sonra hücum xəttiniz daha yaxşı oynamağa başladı. Səncə, Bartonu oyuna bir az tez daxil etmək olmazdımı?
- Barton bundan əvvəlki oyunda da meydana sonradan girdi. Həmin matçda da onun komandamıza köməyi oldu. Bizdə ehtiyatda oturanlar səviyyəli futbolçulardır. Hər zaman oyuna daxil olub komandamıza kömək edə bilərlər. Onlar meydanda olmayanda isə bəlkə də bizdən, start heyətindəki futbolçulardan daha çox mənən komandanın yanında olurlar.
- “Qəbələ” artıq altıncı pillədə yerini möhkəmlədib, komandanız beşinci pillədə olan “Bakı”yla eyni xala sahibdir.
- Klub rəhbərliyi bizə yaxşı şərait yaradıb. İndi altıncı pillədə olmağımız yaxşı deyil. Biz daha da irəlidə olmalıydıq. Amma öz günahımızdan xeyli xal itirdik.
- Yeri gəlmişkən, sən özün «Qəbələ»dəki məşqçi dəyişikliyini hiss edirsən?
- Əlbəttə. Artıq neçə oyundur ki, uduzmuruq. Təbii ki, yeni məşqçinin müsbət işi oyunumuzda da görsənir.
- Artıq bu üç komandadan birinin - «Qəbələ», «Bakı» və AZAL-ın ilk «altılıq»dan kənarda qalacağı dəqiqləşib. Səncə, ikinci «altılığ»a düşən hansı komanda olacaq?
- Futbol elə bir şeydir ki, proqnoz vermək doğru deyil. Yadınızdadırsa, ötən il «Qəbələ»nin ilk «altılıq»da oynamaq şansı daha yüksək idi, amma son anda ora düşə bilmədi. Bu il də hər şey ola bilər.
- Yaxşı, heç olmasa deyə bilərsənmi, çempionluğa əsas namizədlərin kimlərdir?
- "İnter" göstərdiyi oyuna görə hamıdan üstündür. "Neftçi" və "Qarabağ"ı da qeyd edə bilərəm. Əlbəttə, "Xəzər Lənkəran"ı da yaddan çıxarmamalıyıq. Məncə, əsas mübarizə məhz bu komandalar arasında gedəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir