“Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının 20-ci turunda”Turan”la oyunda asan qələbə qazanacağınız gözlənilsə də, bunun əksini gördük. Sizcə buna səbəb nə idi?
- Əgər yaranan qol imkanlarını dəyərləndirə bilmirsənsə, onda rəqib qələbəyə daha yaxşı motivasiya olur. İstər-istəməz komandada psixoloji gərginlik yaranır. Birinci hissədə biz xeyli sayda qol vurmaq imkanı əldə etdik. Təəssüf ki, Kristian Torres, Tağım Novruzov əllərinə düşən fürsəti qaçırdılar. Düzdü, “Turan”nın da ilk yarıda fərqlənmək üçün şansları oldu. Yaxşı ki, “Turan” hesabı bərabərləşdirdikdən bir neçə saniyə sonra Nemanya Vidikoviç qələbə topunu vura bildi. Yoxsa vəziyyətimiz ağır olardı.
- Onda belə çııxır ki, Vladislav Qədirovun gətirdiyi futbolçuların səviyyəsi sizi qane edir?
- Nemanya Vidikoviçin gəlməsindən mənim də məlumatım var idi. Onun yaxşı futbolçu olmağını bilirdim. Bosniya çempionu olan bir klubda çıxış etməsi, Avroliqada oynaması onun səviyyəsindən xəbər verir. Belə futbolçuların Azərbaycana gəlməsi öz faydasını verəcək. Eyni zamanda onun texnikalı, sürəti və qol duyumlu futbolçu olduğunu deyə bilərəm.
- Sabah “Neftçi”yə qarşı oynayacaqsınız. Bu qarşılaşma haqda nə düşünürsünüz?
- “Neftçi” bizim üçün çox çətin bir komandadır. Birinci dövrədə, mən işlədiyim vaxt onlara minimal hesabla yenilmişdik. Həmin zaman bizim də bir neçə qol imkanımız oldu ki, dəyərləndirə bilmədik. Onlar isə əks hücumda “Rəvan”ı yaxalayaraq, qələbə topunu vurdular. Onsuz da çempionatımızda zəif komanda anlamı yoxdur. Ola bilər biraz futbolçuların ustalıq səviyyəsi baxımından fərqi olsun. Hər halda, sabah baxımlı futbol olacağını düşünürəm.
- Səfərdə hansı nəticəyə ümid edirsiniz?
- Bilirsiniz ki, “Rəvan”ın ilk “altılığ”a düşmək şansları hələ də qalmaqdadır. Digər tərəfdən, ilk “altılıq” yolunda ən ciddi rəqibimiz “Qəbələ”nin çətin “Xəzər Lənkəran” oyunu olacaq. Sonra biz “Qəbələ”ni evdə qəbul edəcəyik. Sabahkı oyunlar bir çox məsələyə aydınlıq gətirəcək. “Neftçi”ylə oyunda bizi heç-heçə qane etmir. Məğlubiyyətimiz isə ilk “altılığ”a düməyimizin üstündən xətt çəkə bilər. Yalnız “Qəbələ”nin “Xəzər Lənkəran”a məğlubiyyəti şanslarımızı saxlayacaq. Əslində heç “Neftçi”ni də heç-heçə qane etmir. Onlar da, birinci pilləni əldən verə bilər.
- “Rəvan”ın keçmiş baş məşqçisi Vladislav Qədirovla əlaqə yaratmısınız?
- Bəli. Hətta ondan halallıq da almışam. “Rəvan” qalib gəldikdən sonra Vladislav zəng edərək məni təbrik etdi. Aramızda heç bir inciklik yoxdur.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı