“Neftçi”nin makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevskinin Qol.Az saytına müsahibəsi
- Sabah komandanız Unibank Premyer Liqasında “Rəvan”ı qəbul edəcək. Rəqib barədə fikirlərin necədir?
- “Rəvan” yaxşı komandadır. Ona bir rəqib kimi hörmətim var. “Rəvan” təbii ki, sabah daha çox dirəniş göstərəcək. Unutmayaq ki, bu komandaya ilk “altılığ”a düşmək üçün qələbə lazımdır. Biz də liderliyimizi daha da möhkəmlətmək üçün sərfəli nəticə qazanmalıyıq. Məncə, bizim uduzmağa haqqımız yoxdur. Əgər çempion olmaq istəyiriksə, məğlub olmağı düşünməməliyik.
- Amma bilirsən ki, “Rəvan” bütün iddialı komandalarla qarşılaşmalarda rəqiblərinə güclü müqavimət göstərir.
- Bu, bizi narahat etmir. Əksinə yaxşı ki, Unibank Premyer Liqasında belə komandalar və oyunlar olur. “Neftçi” də bu amili nəzərə alaraq, “Rəvan”la oyuna daha güclü hazırlaşır. Ən yaxın izləyicilərimiz olan “İnter” və “Xəzər Lənkəran”la xal fərqimiz çox deyil. Ona görə də əgər uduzsaq, “Neftçi”nin vəziyyəti yaxşı olmayacaq. “Neftçi”nin psixoloji təsir altında olduğunu düşünmürəm. Ona görə ki, biz hamıdan öndəyik. Biz komanda olaraq heç bir klubun çıxışını düşünmürük. “Neftçi”ni təkcə öz oyunu və öz qələbəsi düşündürür.
- “Neftçi”nin bu mövsüm üçün çempionluq şanslarını necə görürsən?
- Qarşıda bizi hələ xeyli çətin oyun gözləyir. Ona görə də çempionluq şanslarımızı hələ dəyərləndirməkdə çətinlik çəkirəm. Yalnız martın ortalarında kimin çempion olacağını hardasa söyləmək olar. İndi bu haqda bir söz deyə bilmərəm. Lakin hiss edirəm ki, bu mövsüm də çempion olacağıq.
- Qış fasiləsində transfer etmədiniz. Bu amil çempion olmaq şanslarınızı azalda bilərmi?
- Məncə, bu sualı baş məşqçi və rəhbərliyə ünvanlasaydınız, lap yaxşı olardı. Əgər rəhbərlik belə qərar veribsə, deməli, məsləhət beləymiş. Lakin öz fikrimə gəlincə, əlbəttə, transfer lazım idi. Lakin heyətimizdə istedadlı, yerli gənc oyunçuların olduğunu da unutmamalıyıq. Artıq onların bir neçəsinin əsas komandada çıxış etmələri çox şeydən xəbər verir. Bəlkə də, rəhbərlik yerli futbolçuların yetişməsi üçün legioner almağı üstün tutmadı. Rəhbərliyin bu addımını sadəcə, alqışlamaq lazımdır. Gənc, yerli, futbolçular Azərbaycanın gələcəyidir.
- Əzəli rəqibiniz “Xəzər Lənkəran”ın səviyyəli Randall Brenesi, “Bakı” təcrübəli Kokeni heyətinə qatıb. Səncə, onlar sizin müdafiəçiləriniz üçün başağrısı ola bilər?
- Onların “Neftçi”yə problemlər yaradıb-yaratmayacağını zaman göstərəcək. “Bakı” heyətinə Koke və digər səviyyəli futbolçular qatsa da, yerli oyunçuların çoxlu təşkil etdiyi “Qarabağ”la görüşdə biabırçı məğlubiyyətlə üzləşdi. Futbolda qabaqcadan nə olacağını zənn etmək çətindir. Biz başımızı aşağı salaraq öz işimizi, xallarımızı qazanırıq. Fikrimcə, “Neftçi” hazırda layiq olduğu yerdədir.
- Uzun müddət zədədən əziyyət çəkən komanda yoldaşın Rodriqinyonun vəziyyəti nə yerdədir?
- O, çox ağır əməliyyat keçirib. Mən Rodriqinyonun halına çox acıyıram. Ona çox yazığım gəlir. İnanıram ki, bütün çətinlikləri arxada qoyub komandaya dönəcək.
Əli HƏYATİ
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi