Unibank Premyer Liqasının bu gün başa çatan 20-ci turunun oyunlarından sonra daha iki klubun ilk “altılığ”a düşməyəcəyi dəqiqləşib.
Qol.Az-ın məlumatına görə, bunlar “Simurq” və “Kəpəz”dir. Zaqatala təmsilçisi “Qəbələ”yə, Gəncə isə “İnter”ə bugünkü məğlubiyyətdən sonra son üç turun nəticəsində asılı olmayaraq, birinci “altılıq”da yarışa bilməyəcək.
Beləliklə, hazırda “Neftçi”, “İnter” və 38 xalı olan “Xəzər Lənkəran”ın birinci “altılıq”da oynayacağı dəqiqləşib. “Qarabağ” (32 xal) , “Bakı” (29), “Qəbələ” (29) birinci “altılıq”da mövqelərini qorumaq, “Rəvan” (25) və AZAL (23) isə ora düşmək üçün son üç turda da mübarizəni davam etdirəcəklər.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video