“Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçərin Qol.Az saytına müsahibəsi
- Komandanız dünən Unibank Premyer Liqasının 20-ci turunda AZAL-ı 1:0 hesabıyla məğlub etdi. Əvvəlcə bu oyun haqda fikirlərinizi bilmək istərdim.
- Həmin qarşılaşmada qalib gəlmək bizim üçün çox önəmli idi. Matçın 25 dəqiqəsi göstərdiyimiz oyun ürəyimcə olsa da, qol vura bilmədik. Buna görə də komandaya daha irəli atılmaq tapşırığı verdim. Bundan sonra AZAL-ın oyununda bir az canlama hiss olundu. İkinci hissədə “Xəzər Lənkəran” daha yaxşı oynayaraq qələbə topunu vura bildi. Çempionatda yaranmış fasilədən sonra ilk oyunlar hər zaman çətin olur. Lakin hər şeyə rəğmən dünənki qələbə bizim üçün çox faydalı olacaq.
- Hava şəraiti ucbatından bundan əvvəlki tur təxirə salındı. Bu amil dünənki çıxışınıza nə dərəcədə təsir etdi?
- Mənfi təsir göstərdi. Lakin əminliklə deyə bilərəm ki, çox pis oyun sərgiləmədik.
- Rəqibiniz AZAL dünən daha yaxşı oyun nümayiş etdirdi. Bəlkə də, bu, AZAL-ın cari çempionatdakı ən yaxşı oyunlarından idi.
- Rəqiblərimiz bizimlə oyunda ciddi mübarizə aparırlar. AZAL da dünən çoxlu qol imkanı yaratdı. Məğlub olmalarına baxmayaraq, pis təsir bağışlamadılar. Lakin konkret oyunları ilə bağlı bir söz deyə bilmərəm. Hər bir məşqçinin öz taktikası olur.
- “Xəzər Lənkəran”ın böyük ümidlərlə transfer etdiyi Randall Brenes dünən niyə oynamadı?
- Son dəqiqəyə qədər gözləsək də, onun transfer vərəqəsi gəlib çıxmadı. Buna görə də həmin futbolçunu meydana buraxa bilmədim. Çox güman ki,növbəti oyuna qədər gəlib çıxar. Biz də istəyirik ki, Randallı oyunda görək. Biz onu “Xəzər Lənkəran”a oynamaq üçün almışıq, ehtiyatda oturmaq üçün deyil.
- Qış fasiləsində edilən transferlərdən razı qaldınız?
- Mən bəyəndiyim 4-5 futbolçu vardı ki, onları komandaya transfer edə bildik. Hazırda bundan məmnunam. Gələcəkdə yenidən hansısa mövqeyə futbolçu lazım olsa, buna baxacağıq.
- Yeni transferlərdən olan malili futbolçuların yalnız birini meydanda gördük. Bəs, digəri niyə oynamadı?
- Transfer olunan oyunçuları dərhal əsas heyətdə meydana buraxmaq düzgün olmaz. Mən komandama güvənmədiyim üçün deyil, “Xəzər Lənkəran”ın gücünə güc qatsınlar deyə onları dəvət etdim. İstər yeni, istərsə də köhnə futbolçu meydana çıxa bilər. Kim əsas heyətdə oynamağa layiq olsa, oynayacaq. Yeni futbolçular gəldi deyə, köhnələri qıraqda saxlamayacağam.
- “Xəzər Lənkəran”ın bu mövsüm transfer etdiyi Mario Rosasla yolları ayırmağınıza səbəb nə oldu?
- Bu məsələ haqda Marionun özüylə də danışmışdım. Sadəcə olaraq, oyun tərzimə uyğun gəlmədiyi üçün onunla yollarımızı ayırdıq. Bu o demək deyil ki, Mario pis futbolçudur. Əksinə əla bir oyunçudur. Amma mənim daim pressinq edən komandama uyğun gəlmədiyindən onunla əməkdaşlığı dayandırdıq.
- Növbəti oyununuz həmyerliniz Fatih Kavlakın çalışdırdığı “Qəbələ” komandasına qarşı olacaq. Fatih Kavlakla münasibətləriniz necədir?
- Normal. Fatih Kavlak “Qəbələ”nin baş məşqçisi olandan sonra komandanın işlərinin düzəldiyinin şahidi olduq. İlk “altılığ”a düşə biləcək komandalar sırasında yer alırlar. Məncə, “Qəbələ”ylə qarşılaşmada yaxşı bir oyunun şahidi olacağıq.
- Əsas rəqiblərinizdən biri olan “Qarabağ” dünən səfərdə “Bakı”nı böyükhesabla məğlub etdi və turnir cədvəlində komandanıza bir qədər də yaxınlaşdı.
- Əgər söhbət “Qarabağ”dan gedirsə, o komandadan hər zaman çəkinmək lazımdır, təkcə “Bakı”nı böyükhesabla məğlub etdiklərinə görə yox. Azərbaycanda heç kim “Qarabağ”a zəif rəqib deyə bilməz. Ancaq onu da deyim ki, ilk “altılıq”dakı bütün klublar güclüdürlər. Ona görə də hər birindən çəkinməyə dəyər.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı