Əsgər Abdullayev: "Bu oyuna hazırlaşa bilmədik"

Əsgər Abdullayev: "Bu oyuna hazırlaşa bilmədik"
ÖLKƏ FUTBOLU 16 Fevral 2012 / 16:18 1797
-  A +

“Komandamız bir araya yeni yığılıb. Yalnız dörd-beş gün olar ki, tam heyətlə məşqlərimizi keçirik. Matça istədiyimiz kimi hazırlaşa bilmədik. Hava şəraiti də bugünkü qarşılaşmada oyunumuza mane oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqanın XX tur çərçivəsində “Rəvan”a 1:2 hesabı ilə məğlub olan “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Abdullayev “Turan”ın Premyer Liqada qalmaq üçün çalışacaqlarını sözlərinə əlavə edib: “Oyunun sonlarına yaxın komandamız yoruldu. Çalışacağıq ki, öz oyunumuzu göstərib çempionatda qala bilək. Bunun üçün səylə çalışacağıq”.

Son xəbərlər