Randall Brenes AZAL-a qarşı niyə oynamadı?

Randall Brenes AZAL-a qarşı niyə oynamadı?
ÖLKƏ FUTBOLU 16 Fevral 2012 / 14:42 2541
-  A +

“Xəzər Lənkəran”ın yeni futbolçusu Randall Brenesin dünən Unibank Premyer Liqasında AZAL-a qarşı oynamamasının səbəbi bəlli olub.

Klubun baş məşqçisi Cüneyt Biçər Qol.Az-a bildirib ki, kosta-rikalı hücumçunun transfer vərəqi gəlmədiyindən onun adı hələlik sifariş olunmayıb.

C.Biçər  gələn həftənin çərşənbə axşamı “Qəbələ”yə qarşı səfər matçına qədər Brenesin məsələsinin həllini tapacağına inandığını deyib.

Daha çox


Son xəbərlər
topaz banner