“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının 20-ci turunda səfərdə “Bakı”nı 3:0 hesabı ilə məğlub etdiniz. Yəqin ki, hesabın bu cür olacağını sən özün də gözləmirdin.
- Düzü, bu qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Çünki bilirdik ki, liderlər bizdən xeyli xal fərqiylə üstündü. “Bakı”nın da necə komanda olduğunu yaxşı anlayırdıq. Onlar da bizim kimi, Türkiyədə yaxşı təlim-məşq toplanışı keçmişdi. Həmçinin aramızdakı xal fərqi bərabər idi. Fikrimcə, qələbəni daha çox kim istəyirdisə o da, qalib gəldi. Amma hesabın belə olacağını gözləmirdim. Birinci oyun olduğu üçün minimal hesabla qalib gələcəyimizi və ya ən azı qarşılaşmanın heç-heçə bitəcəyini düşünürdüm. Şükür Allaha, hər şey yaxşı alındı. Biz öz gücümüzü bir daha gördük.
- “Bakı”nın heyətində yeni transferlər də meydana çıxmışdı. Onlar sənə necə təsir bağışladı? Məsələn, daha çox maraq dairəsində olan ispaniyalı Koke?
- Belə götürəndə pis oynamadı. Düzdü, təcrübəli və ağıllı olduğu hiss olunur. Lakin mən yenə dediyim sözün arxasındayam ki, yerli hücumçularımız Koke kimilərdən daha yaxşıdır. Misal üçün Rauf Əliyev ondan güclü hücumçudur. Koke İspaniyada, Portuqaliyada və başqa hansısa ölkədə oynaya bilər, amma dünən Azərbaycandakı çıxışı göz qabağındaydı. Futbol elə bir oyundur ki, təkcə adla uğur qazanmaq olmaz. Gərək, çox çalışqan olmaqla yanaşı, meydanda ürəyini də qoyasan.
- Səncə, “Bakı”nın oyununun alınmamasına səbəb nə idi?
- Niyə belə olduğunun ən yaxşı cavabını onların baş məşqçisi verə bilər. Ancaq düşünürəm ki, onlar komanda şəkilində zəif oynadılar. Hər biri fərdi oynayırdılar. Ola bilər ki, belə ağır məğlubiyyətin əsas səbəbi bu idi.
- Dünənki qarşılaşmanın ən yaxşılarından bir sən idin. Artıq əvvəlki Əfranın qayıtdığını düşünmək olar?
- Onsuz da üzərimdə xeyli çalışırdım. Gündən-günə artırmaq lazım olduğunu yaxşı anlayırdım. Demək olar ki, əvvəlki formamı bərpa etmək üzrəyəm. Dünənki oyunda pis təsir bağışlamadım. Şükür Allaha, hər şey mənim üçün yaxşı alındı. Lakin bununla belə, üzərimdə daha çox çalışalıyam. İnşallah, qarşıdakı görüşlərə bundan da yaxşı hazırlaşacağam.
- Komanda yoldaşın Maksim Medvedev oyunun sonlarında mübarizə şəraitində ağır zədə aldı. Hazırda onun durumu nə yerdədir?
- Maksimlə dünən gecə saat 11:00 radələrində əlaqə saxladım. Bildirdi ki, ayağına bir saatdan bir buz qoyur. Ayağını yerə basa bilmir. Maksimin ayağındakı zədə topux nahiyyəsindədir. Bu gün rentgen müayinəsindən sonra vəziyyətinin nə yerdə olacağına aydınlıq gələcək.
- Baş məşqçiniz Qurban Qurbanov “Bakı” üzərində qələbədən sonra arxayınlaşmamağın vacib olduğunu deyib. Sən necə düşünürsən?
- Qurban müəllim bu sözü bizə hər zaman deyir. O elə bir məşqçidir ki, komandasının heç vaxt arxayınlaşmasına imkan vermir. Belə götürəndə Qurban müəllim deməsə belə, özümüz arxayınlaşmağa imkan verməməliyik. Çünki qarşıda bizi bundan da çətin oyunlar gözləyir. Meydana arxayın çıxmağımızın acısını “Sumqayıt”la oyunda çəkmişik. Onların bizə necə başağrısı olduğunu görmüşdük. Növbəti oyunumuzu Quzanlı stadionunda keçirəcəyik. Yəqin oradakı azarkeşlərimiz artıq “Qarabağ”ın oyunları üçün darıxıblar. İnşallah, qələbə qazanaraq onları sevindirməyə çalışacağıq.
- Son zamanlar komandanın penalti zərbələrini sən yerinə yetirirsən. Bu, baş məşqçinin tapşırığıdır, yoxsa?
- Bəli, oyundan əvvəl Qurban müəllim bununla bağlı tapşırıq verir. Sağ olsun ki, mənə güvənərək penaltini vurmağımı istədi. Mən də dünən ümidləri doğruldaraq işimin öhdəsindən gəldim.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı