Unibank Premyer Liqasının 20-ci turunda “Kəpəz” sabah doğma meydançasında “İnter”i qəbul edəcək. Oyun ərəfəsində Gəncə klubunun kapitanı Ceyhun Sultanov Qol.Az-ın suallarına cavab verib.
- Doğma meydanda “İnter” komandasını qəbul edəcəksiniz. Oyuna hazırsınız?
- Bəli, hazırıq. Sabah ən çətin oyunlarımızdan birini keçirəcəyik. Güclü qara görə yaxşı vəziyyətdə olmayan meydança amili oyuna təsirsiz ötüşməyəcək. Bütün bunlara baxmayarq, “İnter”dən maksimum xal qoparmağa çalışacağıq.
- Amma nəzər al ki, “İnter” 15 turdur uduzmur.
- Elədir. Amma güclü komandalarla oyunda hər bir klub meydanda bacarığını daha artq qoymağa çalışır, nəinki ortabab rəqiblərlə qarşılaşmada. Sabahkı oyuna yüksək səviyyədə hazırlaşmışıq. Məncə, güclü mübarizənin şahidi olacağıq. Mənim fikrimcə, “Kəpəz” doğma meydanda istənilən komandanın, o cümlədən “İnter”in məğlubiyyətsiz seriyasını qıra biləcək gücdədir. Çalışacağıq ki, “İnter”i büdrədək.
- Elitada qalmaq şanslarınızı necə dəyərləndirərdin?
- Klub rəhbərliyinin bu il üçün qarşımıza qoyduğu məqsəd budur. Bilirik ki, komandamız ilk “altılğ”a vəsiqə qazana bilməyəcək. Ona görə də, irəlidəki oyunlarda yaxşı oyun nümayiş etdirərək, növbəti mövsümə hazırlaşmalıyıq. Sözsüz ki, ilk növbədə Premyer Liqada yerimizi qorumaq üçün mübarizə aparırıq.
- Sən çox zaman iddialı klublarda çıxış etmisən. Niyə məhz “Kəpəz”də qalmağa üstünlük verdin?
- Səbəb budur ki, ilyarım futboldan kənarda qalmışdım. Oyun praktikasından əziyyət çəkirdim. Özünüz də yaxşı bilirsiniz ki, oynamayan futbolçu heç kimə lazım deyil. Dedim, gəlim, “Kəpəz”də oynayım. İmkan dairəsində başqa klublarla razılığa gələ bilsəm, həmin komandaya keçə bilərəm. Çünki “Kəpəz”lə müqaviləmin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
- Belə çıxır ki, mövsümün sonunda komandanı dəyişəcəksən?
- Əgər ilk “altılıq”da oynayan klublardan məni qane edən təklif olsa, razılaşacağam. Lakin indi hələ ki, heç bir klubla danışıqlar aparmıram. Qoy, mövsüm başa çatsın, sonra qərarımı verəcəyəm.
- Bir müddət öncə dağılmaq üzrə olan “Kəpəz”də vəziyyət indi nə yerdədir?
- Şükür Allaha, hər şey qaydasında gedir. Heç bir futbolçuya rəhbərliyin borcu yoxdur.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı