Starkov "Simurq"un futbolçusunu milliyə qaytardı

Starkov "Simurq"un futbolçusunu milliyə qaytardı
ÖLKƏ FUTBOLU 15 Fevral 2012 / 12:17 2110
-  A +

“Simurq” klubunun yarımmüdafiəçisi Andreys Rubins Latviya yığmasına dəvət alıb.

Qol.Az-ın məlumatına görə, bununla əlaqədar 33 yaşlı futbolçu fevralın 26-dan martın 1-dək Latviya millisinin Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

Həmçinin futbolçunun komandasının heyətində Qazaxıstan yığması ilə yoldaşlıq görüşündə iştirak edəcəyi gözlənilir. Matç fevral ayının 29-da baş tutacaq.
 
Qeyd edək ki, Andreys Rubins indiyə qədər 117 dəfə milliyə dəvət alıb və 10 qola imza atıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner