"Xəzər Lənkəran" klubunun hücumçusu Branimir Subaşiçin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının XX turu çərçivəsində “Xəzər Lənkəran” sabah doğma meydanda AZAL klubunu qəbul edəcək...
- Uzun müddətli təlim-məşq toplantısından sonra “Xəzər Lənkəran” 2012-ci ilin ilk qarşılaşmasına çıxacaq. Doğrudur, birinci oyuna çıxmaq komanda üçün hər zaman çətin olur. Lakin bu görüşdən sərfəli nəticə ilə ayrılacağımızı düşünürəm. Doğma azarkeşlər önündə yaxşı futbol nümayiş etdirməyə çalışacağıq. Rəqiblərimiz də yaxşı başa düşürlər ki, Lənkəranda oynamaq onlar üçün asan olmayacaq.
- Artıq ay yarımdır ki, ölkədə qarlı hava şəraiti hökm sürür. Səncə, bu durum komandanın yaxşı oyun sərgiləməsinə mane olmayacaq ki?
- Doğru dediniz. Bu, yeganə bir problemdir ki, komandanın çıxışına öz mənfi təsirini göstərə bilər. Düşünürəm ki, bu problem bütün komandaların meydançasında olacaq. Artıq meydançanı ideal vəziyyətə gətirmək üçün xeyli işlər görülməkdədir. Elə hava şəraiti də artıq düzəlmək üzrədir. Məncə, meydançanın vəziyyəti qələbə qazanmağımıza mane olmayacaq. Açığı, bir futbolçu kimi mən də belə vacib qarşılaşmaları daha yaxşı meydançada oynamaq istərdim.
- Komandanın türkiyəli baş məşqçisi Cüneyt Biçərlə münasibətlərin hansı səviyyədədir?
- Qeyd etmək istərdim ki, Cüneyt Biçərin “Xəzər Lənkəran”a gəlişindən sonra komanda ardıcıl olaraq iki vacib qələbə qazandı. “Xəzər Lənkəran”da artıq döyüşkən ruh hiss edilir. Baş məşqçi ilə münasibətimə gəlincə, hər şey qaydasındadır. Artıq AZAL-la oyuna da tam hazırıq.
- “Xəzər Lənkəran”ın bu mövsüm çempion olmaq və ya avrokuboklara düşmək şansı nə dərəcədə real görünür?
- Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmışıq. Liderdən bizi cəmi iki xal ayırır. Məncə, biz iddialı komandaların da məğlubiyyətlərinin şahidi olacağıq. Düşünürəm ki, bu çempionatda hələ çox sürpriz hesab qeydə alınacaq. Ona görə də turnir cədvəlinin neçənci pilləsində olmasının hələ ki, elə bir önəmi yoxdur. Futbol oyununda çox gözlənilməz nəticələrin şahidi olmuşuq. Qarşıdakı uzun marafonda kimin uğur qazanacağını zənn etmək hələ tezdi. Lakin potensialımız, turnir cədvəlindəki mövqeyimiz, iddialı olmağımız, çempionluq şanslarımızın yüksək olmasından xəbər verir. Məncə, bütün iddialı klubların çempion olmaq şansları bərabərdi. Bunların sırasında Neftçi” və “İnter”i xüsusi vurğulayardım.
- Bəs,“Xəzər Lənkəran”ın bu mövsüm əsas hədəfi nədir?
- Mən “Xəzər Lənkəran”ı tanıyandan bu komanda hər zaman çempionluq uğrunda mübarizə aparıb. Qarşımıza həm çempionluq, həm də ölkə kubokunu qazanmaq hədəfi qoyulub. Lakin qabaqcadan hansısa tituldan danışmaq yersizdi. Hər şey meydançada bəlli olur.
- Komandanızın yeni transferləri haqda nə deyərdin?
- Rəhbərlik və baş məşqçimiz hansı futbolçuların komandaya gətirilməli olduğunu daha yaxşı bilir. Kosta-rikalı hücumçu Rendell Brenesin komandaya yaxşı fayda verəcəyini düşünürəm. Onun peşəkar olması çox şeydən xəbər verir. Digər transferlərimiz olan malili futbolçular da gənc və perspektivli oyunçulardı. Əgər onlar bacarıqlı futbolçular olmasaydılar, ölkələrinin 21 yaşlılardan ibarət milli komandasında çıxış etməzdilər.
- Səncə, komandanın heyətindəki oyunçu dəyişiklikləri “Xəzər Lənkəran”ın çıxışına necə təsir göstərəcək?
- “Xəzər Lənkəran” bir neçə oyunçusu ilə yollarını ayırdı. Lakin onların yerinə 4-5 futbolçu komandaya cəlb edildi. Düşünürəm ki, onların peşəkarlığı Azərbaycan futboluna tez adaptasiya olmalarına kömək edəcək.
- Bakıda açdığınız “Balkan” restoranında işlər necə gedir?
- Bu restoran məsələsini artıq bağlamışam. Vacib oyunqabağı ümumiyyətlə, danışmaq istəmirəm. Bu restoran haqda o qədər söz-söhbət yaratdılar ki, artıq bezdim.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı