Samir Əliyev: “Neftçi”də qalmağım özümdən asılıdır”

Samir Əliyev: “Neftçi”də qalmağım özümdən asılıdır”
ÖLKƏ FUTBOLU 14 Fevral 2012 / 00:02 2599
-  A +

“Bir neçə gündür ki, “Neftçi”də məşq edirəm. Klubun prezidenti Sadıq Sadıqov mənə dəstək verdi. Bundan sonra baş məşqçi Böyükağa Hacıyevin razılığı ilə komandanın hazırlıq prosesinə qoşuldum”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində sabiq komandası “Neftçi”yə qayıdan hücumçu Samir Əliyev deyib. O, hələlik klubda hazırlıq prosesində olduğunu deyib: “Məşqlərimi davam etdirirəm. Sadıq Sadıqova təşəkkür edirəm ki, mənə “Neftçi”də özümü göstərmək üçün şərait yaratdı. Bununla belə, hər şey özümdən asılıdır. Komandada bundan sonra da 5-10 gün məşq etməliyəm. Əgər məşqçilərin etimadını doğrultsam, o zaman mövsümün sonuna qədər klubla müqavilə bağlayacağam. Bir sözlə, hər şey özümdən asılıdır”.

S.Əliyev bildirib ki, uzun illər şərəfini qoruduğu “Neftçi”də məşqlərə başlamağından məmnundur: “Mənim arzum odur ki, futbolçu karyeramı məhz bu komandada başa vurum”.


Son xəbərlər