“Bakı” klubunun qapıçısı Marko Şarliyanın Qol.Az saytına müsahibəsi
- Antalyada keçirdiyiniz altı yoxlama görüşünün hamısında məğlub oldunuz. Səncə, bu, komandanıza psixoloji təsir edə bilər?
- Uduzmaq yaxşı hal deyil. İstər-istəməz komandada əhval-ruhiyyəni korlayır. Lakin olacağa çarə yoxdur. Biz indi irəliyə doğru baxmalıyıq. Bir şey də var ki, hər bir yoxlama oyunundan yeni nəsə öyrənirik. “Bakı”nın futbolçuları peşəkar olduqları üçün yoxlama və əsas oyunların əhəmiyyətini yaxşı bilirlər. Buna görə də yoldaşlıq görüşündəki məğlubiyyətlərin komandaya psixoloji təsir edəcəyini düşünmürəm.
- Səncə, bütün oyunlardakı məğlubiyyətin səbəbi nə idi?
- Düzü, bunu mən özüm də bilmirəm. Deməzdim ki, məğlubiyyətimizə səbəb gənc və yeni transferlərin yoxlanılması oldu. Əgər məğlub olmuşuqsa, deməli, komanda olaraq uduzmuşuq. Ümumiyyətlə, daha bu haqda fikirləşmək istəmirəm. İndi bütün fikrimi qarşıdakı “Qarabağ”la oyuna yönəltmişəm.
- Yeri gəlmişkən, bu oyundan nə gözləyirsən?
- İlk öncə, inanmaq istəyirəm ki, hava şəraiti bu oyunun baş tutmasına imkan verəcək. Qış fasiləsindən sonra ilk qarşılaşmaya çıxacağıq. “Qarabağ” çox ciddi rəqiblərimizdən biridir. Lakin evdə oynadığımız üçün bizim əlavə üstünlüyümüz olacaq. Ona görə də “Bakı” mütləq “Qarabağ”a qalib gəlməlidir.
- Yeni transferləriniz “Qarabağ”la oyuna hazırdır?
- Mənim fikrimcə, onların çoxu artıq komandaya adaptasiya olunublar. Buna çərşənbə günü keçirilən qarşılaşmada şahid olacağıq.
- Hazırda turnir cədvəlinin beşinci pilləsindəsiniz. İlk “altılıq”da yerinizi qorumaq şanslarınızı necə dəyərləndirərdin?
- Bunu həyata keçirmək üçün pillə-pillə addım atmalıyıq. Yəni, ilk qarşılaşmanı “Qarabağ”la oynayacayıqsa, bütün diqqətimizi həmin görüşə cəmləşdirməliyik. Belə olarsa, sözsüz ki, istəyimizə nail olacağıq. Yox, digər rəqiblərimizin oyunlarını fikirləşsək, onda işlərimiş yaxşı olmayacaq. Biz güclü komanda kimi, özümüzə güvənməli və mütləq avrokuboklara vəsiqəni əldə etməliyik.
- “Bakı”nın yeni transferi Kontreras haqda nə deyərdin?
- Məşqlərdə də ispaniyalının usta futbolçu olduğu gözə çarpır. Düzdü, futbolçunun nəyə qadir olduğunu məşqlərdə deyil, oyunda görmək lazımdır. Əsas məsələ, Kontrerasla bərabər komanda şəklində əla nəticələr qazanaq.
- Kontrerasın gəlişiylə “Bakı”nın hücum futbolu nümayiş etdirəcəyinin şahidi ola biləcəyik?
- Bizim çox səviyyəli futbolçularımız var. Əgər uğur qazanmaq istəyiriksə, komanda oyununa üstünlük verməliyik, oyunçuların kimliyindən asılı olmayaraq. Bütün futbolçularımız meydanda nəyə qadir olduqlarını maksimum göstərməlidir.
- Bəs, sən necə, özünü ikinci dövrəyə hazır hesab edirsən?
- Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, qapıda durmağa hazıram.
- Çoxları deyir ki, “Bakı” uğur qazanmaq istəyirsə komandaya yeni məşqçi gətirilməlidir. Sən necə düşünürsən?
- Mənim fikrimcə, bizə yeni baş məşqçi lazım deyil. Aleksandr Starkov çox təcrübəli bir mütəxəssisdir. Onun komandaya hələ çox xeyir verəcəyini düşünürəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı