Elvin Məmmədov: "Yeni ilə uğurlu başlamaq istəyirik"

Elvin Məmmədov: "Yeni ilə uğurlu başlamaq istəyirik"
ÖLKƏ FUTBOLU 11 Fevral 2012 / 18:42 2070
-  A +

"Qarabağ”la oyun bu il keçirəcəyimiz ilk rəsmi görüş olacaq. Bu oyunda yalnız qələbə barədə düşünürük".

Qol.Az-ın məlumatına görə, bu sözləri klubun rəsmi saytına açıqlamasında "Bakı" klubunun yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

E.Məmmədov vacib oyunöncəsi komandasının hazırlıqları davam etdirdiyini və bu oyuna yalnız 3 xal üçün çıxacaqlarını bildirib:

"Çox istəyirik ki, ilk oyunda qələbə qazanıb, yeni ilə uğurlu başlayaq. Altılığa düşmək və çempionluq uğrunda mübarizə aparmaq üçün 4 çətin oyunumuz var. Bunlardan biri də “Qarabağ”la keçirəcəyimiz oyundur.

Özümüzü sübut etmək və liderlərdən geri qalmamaq üçün oyunların hər birində 3 xal qazanmaq lazımdır. "Bakı"ya gəldikdə, gözəl kollektiv qurulub, güclü heyətimiz var. İnanıram ki, qarşıdakı oyunlardan maksimum xal toplayıb, liderlə xal fərqini azaldacağıq”.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner