Stevan Bates rəsmən "Xəzər Lənkəran"da

Stevan Bates rəsmən "Xəzər Lənkəran"da
ÖLKƏ FUTBOLU 11 Fevral 2012 / 13:51 2986
-  A +

“Xəzər Lənkəran” klubu daha bir futbolçunun keçidini həll edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı serb mərkəz müdafiəçisi Stevan Bates 1,5 il müddətinə ölkəsinin “Rad Belqrad” klubundan icarəyə götürülüb.
 
Karyerası ərzində Bates “Jelezniçar Belqrad”, “Jeleznik”, Rusiyanın “Alaniya”, Fransanın “Şatoru”, Norveçin “Tromso”, həmçinin “Bakı” klubunda forma geyinib.
 
Bundan əlavə bir müddət öncə Türkiyənin “Beşiktaş” klubu ilə yarımmüdafiəçi Mehmet Akyüzün icarəsinin razılaşdırıldığı barədə məlumat verilsə də, futbolçu ilə müqavilənin şəxsi şərtləri üzrə razılıq əldə olunmadığı üçün bu keçid baş tutmadı.

 


Son xəbərlər
20.09.24  18:31

"Kəpəz"də ciddi itki

20.09.24  17:57

Kompani narazıdır