Araz Abdullayev oynadı, komandası heç-heçə etdi

Araz Abdullayev oynadı, komandası heç-heçə etdi
ÖLKƏ FUTBOLU 11 Fevral 2012 / 23:05 3712
-  A +

Bu gün Yunanıstan Superliqasının XXI turunun oyunları çərçivəsində həmyerlimiz Araz Abdullayevin şərəfini qoruduğu "Panionios" klubu növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Arazın komandası bu turda doğma azarkeşləri önündə "Pas Giannina" klubu ilə sülh bağlayıb: 0-0.

Araz matça start heyətində başlayıb və 69-cu dəqiqədə yerini komanda yoldaşına verib.

Qeyd edək ki, alınan bərabərlikdən sonra "Panionios" 23 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib