“Xəzər Lənkəran” bu gün Randall Breneslə müqavilə bağlayır

“Xəzər Lənkəran” bu gün Randall Breneslə müqavilə bağlayır
ÖLKƏ FUTBOLU 9 Fevral 2012 / 11:58 5956
-  A +

“Xəzər Lənkəran” klubu bu gün Kosta-Rika millisinin hücumçusu Randall Breneslə müqavilə imzalayacaq. Bu haqda Qol.Az-a klubun rəisi Səməd Mustafayev məlumat verib. Anlaşma iki il müddətinə nəzərdə tutulub.

S.Mustafayev Brenesin artıq Bakıda olduğunu deyib. Breneslə yanaşı onun müqaviləylə məxsus olduğu “Cartagines” klubunun prezidenti Xose Luis Rodriqes də Azərbaycan paytaxtındadır. Klub rəsmisi Breneslə danışıqların uğurlu nəticələndiyini deyib.

S.Mustafayev müqavilə imzalandıqdan sonra Brenesin “Xəzər Lənkəran”ın heyətinə qoşulacağını bildirib.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib