“Razıyam ki, “Olimpik”in oyunçuları futbola yaraşmayan hərəkət etdilər. Lakin bu məsələnin yenidən gündəmə gətirilməsi düzgün deyil”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Olimpik” - “Bakı” oyununun yenidən keçirilməsinə münasibət bildirərəkən, “Simurq”un prezidenti Zaur Məmmədov deyib. Klub rəsmisi “Bakı”nın tələbini düzgün hesab etmir: “Oyunun yenidən keçirilməsini düzgün addım hesab etmirəm. Ona qalsa, həmin oyunu idarə edən Zöhrab Qədiyev bizim “Qarabağ”a qarşı keçirdiyimiz matçda da kobud səhvə yol vermişdi. Referi Elşən Məmmədova qarşı kobudluğa görə penalti təyin etməliydi. Amma o bunu etmədi. Bilərəkdən və ya bilməyərəkdən. Bunu buraxıram hakimin öz vicdanına. Amma mən oyundan sonra bu məsələni şişirtmədim. Çünki hesab etdim ki, bunu gündəmə çıxartmağa ehtiyac yoxdur. İndi səhvdir də, olub. Ola bilər ki, “Bakı” tərəfi desin ki, onlar oyunun yenidən keçirilməsini hakimliyə görə yox, “fair-play” prinsiplərinin pozulmasına görə tələb edirlər. Amma bu fikir də düzgün deyil. Çünki “fair-play” yazılmamış qanundur və əgər biz Mahir Şükürovu və ya Junivanı günahlandırmağa çalışsaq, onlar özlərini asanlıqla təmizə çıxaracaqlar. Biri deyəcək ki, epizodu görmədim, o birisi bir başqa səbəb gətirəcək və s. Tutalım birinci qolda, “fair-play” qaydası pozuldu, bəs ikinci qol? Qapısından qol buraxdıqdan sonra “Bakı”nın 40 dəqiqə vaxtı var idi. İkinci qolu vurardı da”.
Zaur Məmmədov məsələnin bu qədər şişirdilməsində Əsgər Abdullayevi də günhkar hesab edir: “Mənə elə gəlir ki, ən yaxşı variant o olardı ki, hesab bərabərləşdikdən sonra “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev hamının gözü qarşısında futbolçularına göstəriş verərdi ki, rəqibə mane olmasınlar və “Bakı”nın bir qol vurmasına imkan versinlər. Əgər həmin vaxt Əsgər Abdullayev bu hərəkəti etsəydi, o zaman həm bu məsələ bu qədər şişirdilməzdi, həm də Əsgər Abdullayevlə futbolçuları futbol ictimaiyyətinin, azarkeşlərin də böyük hörmətini qazanardılar”.
“Simurq”un prezidenti AFFA-nı bu məsələdə qətiyyətli olmağa, oyunun yenidən keçirilməsinə imkan verməməyə çağırdı: “Fikrimcə, oyunun yenidən keçirilməsi böyük səs-küyə səbəb olacaq. O zaman digər klublar da hakimdən narazı qaldıqları oyunların yenidən keçirilməsini tələb edəcəklər. Mən də deyəcəm ki, bizim “Qarabağ”la oyunumuz da təzədən oynanılsın. Digərləri də həmçinin. Ümumiyyətlə, “Olimpik” - “Bakı” oyununun yenidən keçirilməsi digər klubların haqqının tapdalanmasına gətirib çıxaracaq. Ona görə də mən AFFA-nı bu məsələdə qətiyyət nümayiş etdirməyə çağırıram. “Olimpik” - “Bakı” oyunu yenidən keçirilə bilməz. Bu düzgün deyil. Guya bir oyunla nə olur ki? Çempionatın başa çatmasına hələ xeyli vaxt var. Bu müddət ərzində həm “Bakı”, həm də “İnter” qarşıdakı oyunlarda da xal itirə bilər. Fikrimcə, “Olimpik”lə oyun heç nəyi dəyişməyib və çempionluq mübarizəsi əvvəlki kimi davam edir”.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!