“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- “Bakı”nın Türkiyədəki təlim-məşq toplanışı necə keçdi?
- İlk öncə qarşılaşdığımız komandaların çox güclü olduğunu deyə bilərəm. “Bakı” da zəif komanda hesab edilmir. Bir çox oyunda rəqiblərimizlə başabaş mübarizə apara bildik. Lakin “Az Alkmar” kimi komandaya məğlub olmağımız qəbahət deyil. İstər-istəməz səviyyə fərqini də nəzərə almaq lazımdır. Ümumilikdə komandanın hazırlıqları yaxşı keçdi. İnşallah Unibank Premyer Liqasının növbəti oyununa qədər komandamız tam hazır olacaq.
- Komandanız altı yoldaşlıq oyunun hamısında uduzdu. “Bakı”nın kapitanı kimi vunun səbəbini nədə görürsən?
- Əvvəlla komandaya xeyli sayda yeni futbolçu cəlb edilmişdi. Elə bunlardan bir neçəsi yerli gənc oyunçu idi. Belə yoxlama oyunlarda gənclərə mütləq şans verilməlidir. Bu amil onların təcrübə toplamalarına çox kömək edəcək. Digər tərəfdən də heyətimizə qatdığımız bir neçə əcnəbi oyunçu da oldu ki,onların hələ yeni komandalarına tam uyğunlaşmasına vaxt lazımdır. Mən hələ bir neçə əsas oyunçumuzun zədə üzündən komandasına kömək edə bilmədiyini demirəm. Ona görə də məğlub olmağımız təbiidir. Bunu faciəyə çevirmək lazım deyil. “ Bakı” üçün ən vacib məsələ çempionat və kubok oyunlarıdı. Düzdü, yoxlama oyunlarında qalib gəlməyimiz komandanın psixoloji durumunu və özünə inamın artmasına kömək olacaqdı. Ancaq hər şeyə rəğmən əsas çempionat və kubok oyunlarıdı.
- “Bakı”nın heyətinə qatdığı hücumçusu, ispaniyalı Kontreras haqda nə deyə bilərdin?
- Onun oynadığı klublar Kontrerasın səviyyəsindən xəbər verir. İspaniyalı futbolçunun öz təcrübəsi ilə komandamıza xeyir verəcəyinə inanıram. “Bakı” klubunun rəhbərliyi bir daha sübut etdi ki, Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni edir. Özünüz yaxşı bilirsiniz ki, indiki zamanda nəinki ”Bakı”, heç bir klub səviyyəli futbolçudan gəlir əldə edə bilmir. Dediyim odur ki, bu addımlar futbolumuzun inkişafı üçün atılır.
- Səncə, hücumdakı problemləri Kontrerasın gəlişiylə həll etmək olacaq?
- Bizdə hücumda böyük problem yoxdur. Sadəcə olaraq, əsas oyunçularımızın bir çoxu zədədən qurtula bilmirdi. Hücumda ən təhlükəli futbolçumuz hesab olunan Parks meydana zədəli-zədəli çıxırdı. Ona görə də hücumda istənilən effekti ala bilmirdik. Bununla belə, Kontrerasın hücumdakı bəzi çatışmamazlıqları aradan qaldrılacağını düşünürəm.
- Çoxları “Bakı”nın uğursuzluğunda Baş məşqçiniz Aleksandır Starkovu günahlandırır. Sən necə düşünürsən?
- Əvvəlla, meydanda nə etməklə bağlı bizə tapşırıqları baş məşqçi versə də, həyata keçirənlər futbolçulardı. Hər şeyi baş məşqçinin üstünə atmaq düzgün deyil. Digər tərəfdən də hər bir klubda işləyən mütəxəssisin öz taktikası, oyun üslubu var. Məncə, komanda buna artıq yavaş-yavaş öyrəşib. Birdə ki, zədəli futbolçularla yaxşı nəticə qazanmaq çox çətindir. Kənardan baş məşqçiləri tənqid etmək çox asandır.
- Əksəriyyət düşünür ki, Starkovun komandası qorxaq futbol nümayiş etdirir.
- Mən sizə əminliklə deyə bilərəm ki, baş məşqçimiz bizə arxada oturmağı tapşırmır. Bunu komandanın içində olan bir futbolçu və kapitan kimi deyirəm. Bizim komandaya baş məşqçimiz tərəfindən heç vaxt oyunboyu müdafiədə oturmaq tapşırığı verilməyib. “Bakı” hər zaman açıq futbol oynayıb.
- Qarşıdan gələn Unibank Premyer Liqasının növbəti oyununda “Neftçi”i qəbul edəcəksiniz. Bu qarşılaşma haqda nə deyərdin?
- Onları doğma meydanda qəbul etməyimizi üstünlüyümüz kimi qəbul etmək olar. Artıq xeyli vaxdır ki, “Bakı”- “Neftçi” qarşılaşmalarında qalmaqaldan tutmuş futbol prinsipinə qədər davam edir. Gözəl və baxımlı futbol olacağını düşünürəm. Çünki “Neftçi” də yaxşı oyun nümayiş etdirən komandadır. Məqsədimiz qələbə qazanmaqdır.
- “Neftçi” nin baş məşqçisi Böyükağa Hacıyev mətbuata açıqlamasında “Bakı”nın çox zəif olduğunu deyib.
- Əvvəlla hər kəsin öz fikri var. Böyükağa Hacıyevə demək istəyirəm ki, bizi səyif sayırsa, Allah canını sağ eləsin. Ona kimin zəif olduğunu meydanda göstərəcəyik. Qabaqcadan kiməsə zəif deməyin mənası yoxdur.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da