“Neftçi”nin özbəkistanlı hücumçusu Bahadır Nəsimov Qol.Az saytına müsahibəsində Türkiyədəki hazırlıq proses və qarşıdan gələn ölkə çempionatının oyunları haqda danışıb
- Komandanızın Türkiyədəki təlim-məşq toplantısından razı qaldın?
- 24 gün ciddi rejimdə məşqlər edirdik. Həmçinin Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsir olunmuş turnirdə iştirak etdik. Məncə, çempionat oyunları öncəsi hazırlığımız yüksək səviyyədə keçdi. Şəxsən mən çox razı qaldım.
- Həmin turnirdə “Neftçi”nin çıxışını necə dəyərləndirirsən?
- Normal çıxış etdik. Birinci görüşümüzdə məğlub olsaq da, sonradan yaxşı oyun nümayiş etdirdik. Məğlub olduğumuz rəqib – Ukrayna “Metallist”in heyətini büsbütühn, demək olar ki, legionerlər təşkil etmişdi. Heyətdəki bir nəfər yerli oyunçu vardı ki, o da qapçıydı. Turnirdə ən vacib məsələ isə komanda yoldaşlarımla bir-birimizi yaxşı anlamamız oldu. Fikrimcə,turnir yüksək səviyyədə keçdi. Bizim 3 –cü yer tutmağımız pis nəticə deyil.
- Daha yüksək yer tuta bilməyiniz üçün komandaya nə çatmadı?
- Bizim finala çıxa bilməməyimizə aldığımız bir məğlubiyyət mane oldu. Yoxsa, finalda oynayardıq.
- Turnirdə pis təsi bağışlamadın. Sən öz çıxışından razı qaldın?
- Mən komandamın xeyri üçün çox çalışırdım. Lakin necə çıxış etdiyimi baş məşqçimiz Böyükağa Hacıyevdən soruşsanız yaxşı olar. Mənin üçün əsas məsələ Unibank Premyer Liqasındakı baş tutacaq qarşılaşmalara yaxşı hazırlaşmaq idi.
- Qarşıdan gələn “Bakı”la görüş haqda nə deyə bilərsən?
- Rəqibimizin yoldaşlıq görüşlərini izləyə bilməmişəm. Lakin heyətlərinə bir neçə səviyyəli futbolçu qatdıqlarından xəbərdaram. Belə götürəndə yaxşı heyətə malik komandadı. Elə hücumda Parks kimi səviyyəli hücumçunun olması, buna sübutdur. Məncə, bizi çətin bir oyun gözləyir. Hər şeyə rəğmən qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik.
Biz hər oyuna qələbə əzmiylə çıxırıq. Çox çətin olmasına baxmayaraq, liderliyimizi qorumağa çalışacağıq. Əgər biz çempion olmaq istəyiriksə,hər oyuna ciddi yanaşmalıyıq.
- Qış fasiləsində transfer həyata keçirmədiniz. Bu amil komandanızın çıxışına təsir etməyəcək ki?
- Yox. Bizim heyətimizdə xeyli gənc və istedadlı futbolçu var. Məncə, yerli futbolçulara da oynamaq üçün şans verilməlidir. Əgər biz bu heyətlə qış fasiləsinə çempion olaraq yollanmışıqsa, deməli, çempion da ola bilərik.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı